Şəxsi maşınında maska taxmayan sürücülər kamera ilə cərimə olunur? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:19 Naxçıvanda su abonentlərinin müştəri kodları yenilənəcək  |     19:10 Ukraynada sülh prosesinin perspektivləri müzakirə edilib  |     19:03 Sabah 39 dərəcə isti olacaq - PROQNOZ  |     18:59 Azərbaycanın sığorta bazarı 13 %-ə yaxın böyüyüb  |     18:51 Avtomobillə alimi vurub öldürməkdə təqsirləndirilən həkim Azər Maqsudovun məhkəməsində barışıq üçün pul təklif edilib  |     18:45 26 ölkənin lideri Çinə səfər edəcək  |     18:37 Bir gündə Günəşdə ən azı 100 yeni ləkə peyda olub  |     18:31 Polşanın keçmiş səhiyyə naziri COVID-19-a görə döyülüb  |     18:27 Anasının məzar daşını düzəltdirmək üçün oğurluq etdi  |     18:20 Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu  |     18:12 Sabirabad sakini 87 yaşlı anasını güllələyərək yaralayıb, özünü isə öldürüb  |     18:01 Plastik cərrahiyyə imtahanına icazə müqabilində aldığı rüşvəti daşınmaz əmlaka yatırdı - MƏHKƏMƏ  |     17:53 Ağdamda döyülən uşaqların anası yenə hamilədir - Video  |     17:38 Rəcəb Tayyib Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşüb  |     17:23 Babək Quliyev UEFA-dan yeni təyinat alıb  |     17:18 Türkiyədə klub prezidenti güllələndi - Video  |     16:59 ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşı yarım milyon manatdan artıq dələduzluqda ittiham olunur  |     16:51 Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr və ona aid olan digər sənədlər elan edilib  |     16:34 İçərişəhərdəki ağacların qeydiyyatı və nömrələnməsinə başlanıldı  |     16:26 Arzu Əliyeva Şamaxı rayonundan paylaşım edib - FOTO  |    

Şəxsi maşınında maska taxmayan sürücülər kamera ilə cərimə olunur? - AÇIQLAMA

Sosial şəbəkələrdə avtomobili idarə edən və maşında tək olan sürücünün maska taxmadığına görə yol polisinin səlahiyyətində olan kameralar vasitəsilə avtomatik cərimələnməsi haqda məlumat yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin sürücü kamera vasitəsilə cərimə edilməyib:

“Sürücü iyunun 29-u saat 18:21-də Binəqədi-Xırdalan yolunda yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Onun barəsində əməkdaşımız tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunub. Həmin şəxsin hansı səbəbdən cərimə olunması araşdırılır.

Şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır. Maşında sürücünün tək olması və ya bir neçə şəxsin olmasının əhəmiyyəti yoxdur. Ailə üzvləri ilə birgə olanların maska taxmasının bir əhəmiyyəti yoxdur.

Sadəcə öz şəxsi avtomobilinə ailə üzvlərindən kənar şəxsi götürənlərə tövsiyə olunur ki, maskadan istifadə etsinlər. Amma taxmamağa görə də heç kim cərimə olunmur. Yalnız ictimai nəqliyyatda maskalardan istifadə məcburidir və maska taxılmaması inzibati məsuliyyətə, cərimə olunmağa səbəb olur”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 716 30.06.20 20:44