Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

29.06.2020 19:42 2 151
Sabah Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək
Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü baş tutub.

Bu barədə XİN-dən məlumat verilib.

Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münsqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.

Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin Xarici İşlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.

Sabah, 30 iyun tarixində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner