Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

ÜST: COVID-19 testi, müalicəsi və peyvəndi üçün 31.3 milyard dollara ehtiyacımız var

27.06.2020 18:59 1 852
ÜST: COVID-19 testi, müalicəsi və peyvəndi üçün 31.3 milyard dollara ehtiyacımız var
ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) rəhbərlik etdiyi yeni tip koronavirus epidemiyası ilə mübarizə koalisiyası gələcək 12 ay ərzində COVID-19 test, müalicə və peyvəndi üçün 31.3 milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Bu barədə “Hürriyet” yazıb.

Bu məbləğin sadəcə 3.4 milyard dollarlıq hissəsi indiyə qədər toplana bilib.

“COVID-19-u nəzarət altına almaq və həyatları xilas etmək üçün bənzərsiz miqdarda və təsirli peyvəndə, diaqnostikaya və terapevtlərə ehtiyacımız var”, - ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus bildirib.

Son xəbərlər