Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

İrandan həyəcan təbili: Ermənistanın axıtdığı tullantılar kütləvi şəkildə xərçəng xəstəliyi yayır

27.06.2020 13:04 1 906
İrandan həyəcan təbili: Ermənistanın axıtdığı tullantılar kütləvi şəkildə xərçəng xəstəliyi yayır
İranın Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi bildirib ki, Ermənistanın sənaye zavodlarından axıdılan kimyəvi tullantıların bölgənin içməli suyuna qarışması səbəbindən burada yaşayan insanların əksəriyyəti xərçəng xəstəliyinə tutulub.

ILNA agentliyi xəbər verir ki, bunu Ali Vilayətlər Şurasında Ərdəbili təmsil edən Puya Mucərrəd deyib.

“Ermənistanın sənaye zavodlarının tullantı sularının yaratdığı xərçəng xəstəliyi Parsabad əhalisinin canına bəla olub və Ərdəbil vilayətində mədə-bağırsaq xərçəngi ilə bağlı statistikanın rekord həddə çatmasına gətirib çıxarıb”, - deyə o həyəcan təbili çalıb.

Qeyd olunub ki, Ermənistan tərəfi ötən ilin 19-21 noyabr tarixlərində Təbrizdə keçirilən Araz çayının təmizlənməsi və çirklənməsinin qarşısının alınması üzrə İran-Ermənistan Birgə İşçi Qrupunun iclasında buna görə məsuliyyəti qəbul edərək, 2021-ci ilədək kimyəvi tullantıların axıdılmasını tamamilə aradan qaldırmaq məqsədilə öz müəssisələrini təmir və bərpa edəcəyinə söz verib.

Eyni zamanda, Ermənistan rəsmiləri 2015-ci ildə Araz çayının təmizlənməsi üzrə dövlət proqramını 2017-ci ilə qədər başa çatdıracaqlarını vəd etmişdilər.

Xatırladaq ki, ətraf mühit fəalları dəfələrlə Ermənistanın “Metsamor” atom elektrik stansiyasının tullantılarının Araz çayına axıdılması ilə bağlı xəbərdarlıq ediblər.скачать dle 11.3
Mojo.az Banner