Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İcra hakimiyyətindən Şamaxı sakininin şərlənməsi iddiası ilə bağlı AÇIQLAMA

26.06.2020 22:41 1 664
İcra hakimiyyətindən Şamaxı sakininin şərlənməsi iddiası ilə bağlı AÇIQLAMA
“Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır”.

Oxu.Az xəbər verir ki, bu sözlər Şamaxı Rayon İcra Hakimiyyətinin açıqlamasında yer alıb.

Bildirilib ki, sözügedən videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edib:

“Halbuki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə, Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılmışdır.

Hal-Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmamış və hər hansı formatda heç bir mövzunu müzakirə etməmişdir. Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur.

Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaqdır”.скачать dle 11.3
Mojo.az Banner