Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə hadisə Sahil qəsəbəsində, “Mayak” adlanan ərazidə hərbi hissənin yanında qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Musayev Vasif İkram oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
комментариев