Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qız qoşulub qaçdı: Döyüldü, təcavüzə məruz qaldı

19.06.2020 13:49 2 169
Bakıda qız qoşulub qaçdı: Döyüldü, təcavüzə məruz qaldı
İyunun 5-də Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsinin 17 yaşlı sakininin itkin düşdüyü məlum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Ondan 12 gün ərzində heç bir xəbər alınmayıb. Nəhayət, iyunun 17-də qız evə qayıdıb. Elə həmin gün Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, sosial şəbəkələrdə tanış olduğu, 2003-cü il təvəllüdlü E.G.-nin vədlərinə uyaraq, evdən qaçdığını bildirib.

Gənc onunla evlənəcəyini vəd edərək, S.Məmmədov küçəsindəki mənzilə aparıb. Burada o, qızı döyüb və ona təcavüz edib.

İlkin məlumatlara görə, qurban dəfələrlə zorakılığa məruz qalıb. İyunun 17-də o, qaça bilib.

Hazırda polis əməkdaşları şübhəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əldə edilən məlumatları yoxlayırlar.

“Çox vaxt qızlar xoşbəxt evlilik xəyalları ilə evdən qaçırlar. Ancaq təcrübə göstərir ki, evlilik kimi ciddi bir məsələdə tələskənlik və səbirsizlik bir qayda olaraq bütün ümidlərin puç olması ilə nəticələnir. Buna görə valideynlərə övladları ilə ailə dəyərləri barədə danışmağı məsləhət görürük”, - polis idarəsindən bildirilib.

Son bir gündə paytaxtda polis əməkdaşları itkin düşmə ilə bağlı beş faktı qeydə alıblar.скачать dle 11.3
Mojo.az Banner