DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:38 Məhkəmə həbsdə olan "Ekstrasens Hikmət"lə bağlı qərar verdi  |     12:30 Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq  |     12:29 "Bakı Gəmiqayırma Zavodu"nun rəhbəri dəyişib  |     12:28 Azərbaycan nefti bahalaşıb  |     12:26 I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunacaq (FOTO)  |     12:25 Monqolustanda zəlzələ baş verib  |     12:21 Leyla və Arzu Əliyevalar Şamaxıda olublar - Foto  |     12:20 Mirzoyan: "Sülh sazişinin imzalanması üçün mühüm işlər görülməlidir"  |     12:02 Qəbələdə bir sinfin bütün şagirdləri tələbə oldular - Video  |     12:00 Rusiyada terror aktının qarşısı alındı: Təyyarəni yandırmaq istəyən gənc saxlanıldı  |     11:59 Ali məktəblərin boş qalan yerlərinə bu gündən ixtisas seçimi başlayır  |     11:41 Bakıda qadın hoteldə öldürüldü: Oğlu şübhəli bilinir  |     11:39 UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibləri bu gün bəlli olacaq  |     11:38 Qəbələdə velosipeddən yıxılan yeniyetmə ölüb  |     11:33 Şəmkirdə avtomobil yanıb  |     11:17 Şad xəbər: Azərbaycanda bu şəxslərə ev veriləcək  |     23:00 "Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib  |     22:47 Hər il on minlərlə insanı öldürən böyük təhlükə  |     22:41 İxtisas seçimi: kimlər boş qalan yerlərə müraciət edə bilməz?  |     22:34 Qalmaqallı kosmetoloqla bağlı məhkəmə qərarı  |    

DİM imtahan keçirdi: Dörd nəfərin hərarəti yüksək olduğu üçün buraxılmadı

Dövlət İmtahan Mərkəzi iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Mərkəzdən bildirilib ki, imtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi – müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, dörd şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Üç nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İyunun 19-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, doqquz illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olanacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 209 18.06.20 16:50