Mojo.az Banner
13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Beş şagird hərarətə görə imtahana buraxılmadı, daha üç nəfərin nəticələri ləğv edildi

11.06.2020 18:36 1 192
Beş şagird hərarətə görə imtahana buraxılmadı, daha üç nəfərin nəticələri ləğv edildi
Dövlət İmtahan Mərkəzi bu gün 18 şəhər və rayonda ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.

Mərkəzdən verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün 80 bina, 1 324 zal, 80 ümumi imtahan rəhbəri, 222 imtahan rəhbəri, 1 718 nəzarətçi-müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi ayrılıb.

İmtahanlar yenə də pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub.

İştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

İlkin məlumatlara əsasən, beş şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Üç nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Həmçinin araşdırmalar nəticəsində müəyyən olunub ki, dünən – iyunun 10-da keçirilən imtahanda bir abituriyent sual kitabçasını nəzarətçiyə təhvil verməyib və özü ilə aparıb, sonra isə kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi müəyyən olunub və imtahan nəticələri ləğv olunub.

Abituriyentlər nəzərə almalıdırlar ki, imtahan başa çatdıqdan sonra da DİM tərəfindən araşdırmalar aparılır və qayda pozuntularına yol vermiş şəxslərin imtahan nəticələri ləğv olunur.

Növbəti həftə imtahanlarda iştirak edəcək şagirdlərin (abituriyentlərin) nəzərinə çatdırılır ki, sənədləri ilə də diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmamalıdırlar.

Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın beş gün ərzində elan olunacaq.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin üç həftə ərzində elan olunması nəzərdə tutulur.скачать dle 11.3
Mojo.az Banner