Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda ev növbəsi gözləyən məcburi köçkünlər karantin qaydalarını pozub? - AÇIQLAMA

15.06.2020 11:20 1 441
Bakıda ev növbəsi gözləyən məcburi köçkünlər karantin qaydalarını pozub? - AÇIQLAMA
Ötən günlərdə sosial şəbəkələrdə məcburi köçkünlərin kütləvi şəkildə toplaşmasına dair foto yayılıb.

Görüntülərin ev növbəsi gözləyən məcburi köçkünlər üçün keçirilən püşkatma zamanı çəkildiyi bildirilib.

Fotoda karantin rejimi qaydalarının pozulduğu görünür.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat katibi İbrahim Mirzəyev məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.

O bildirib ki, hazırkı şəraitdə məcburi köçkünlərin binanın qarşısında kütləvi şəkildə toplaşması təəssüf doğurur:

“Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin bu il mayın 28-də açılışı olmuş “Qobu park-3” yaşayış kompleksində yerləşdirilməsi üçün keçirilən püşkatma zamanı koronavirus pandemiyası ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl edilməməsi barədə sosial şəbəkələrdə və KİV-də məlumatlar yayılır.

Komitəmiz tərəfindən keçirilən püşkatma Nazirlər Kabineti yanında operativ qərargahın müəyyənləşdirdiyi sosial davranış qaydaları əsasında keçirilib. Bunun üçün əvvəlcədən lazımi tədbirlər görülüb. Belə ki, püşkatmanın keçirildiyi qapalı məkanda sosial məsafənin gözlənilməsinə və qoruyucu vasitələrdən istifadə olunmasına ciddi nəzarət edilir. Püşkatmaya dəvət olunmuş məcburi köçkünlər içəriyə siyahı üzrə növbə ilə və mütləq şəkildə yalnız tibbi maskadan istifadə etmək şərtilə buraxılırlar.

Ehtiyacı olanlara komitənin əməkdaşları tərəfindən tibbi maska təqdim edilir. Açıq havada dayanan vətəndaşların püşkatmanın gedişini izləməsi üçün binanın qarşısında monitor qoyulub.

Bununla belə, püşkatmada iştirak etməyə gələn məcburi köçkünlərin binanın qarşısında kütləvi şəkildə toplaşması və hazırkı şəraitə uyğun sanitar-epidemioloji qaydalara əməl etməməsi təəssüf doğurur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir daha məcburi köçkünləri karantin rejiminə, onların təhlükəsizliyi naminə tövsiyə olunan sosial davranış qaydalarına əməl etməyə çağırır.

Xatırladırıq ki, püşkatmanın gedişindən və nəticələrindən narazı olan məcburi köçkünlər 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə, Dövlət Komitəsinin rəhbər və vəzifəli şəxslərinin, köçürülmə komissiyasının sədrinin onlayn rejimdə qəbuluna yazıla bilərlər”.скачать dle 11.3
Mojo.az Banner