23:01 Ukraynadakı müharibə zəka və hiyləgərlik yarışına çevrilib - CNN  |     22:56 Aİ nadir torpaq metallarının tədarükündə Çindən asılılığını azaldacaq  |     22:50 “Zirə”dən qələbə, “Araz Naxçıvan” - “Sabah” matçında isə heç-heçə  |     22:41 Sumqayıtda mənzildə meyit tapıldı  |     22:36 Qriqori Leps xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır  |     22:29 “Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal (Video)  |     22:20 Yeni “iPhone” dizaynları təqdim ediləcək  |     22:15 “İnter” argentinalı futbolçu ilə danışıqlar aparır  |     22:08 Bu yanacaqdoldurma məntəqəsi bağlandı - Video  |     22:00 Narkokartellər Avropaya kokain keçirmək üçün yeni üsullara əl atıb  |     21:54 Bakıda daş hasar hər an uçma təhlükəsi ilə üz-üzədir - Video  |     21:49 28 yaşlı kişi kəsici alətdən xəsarət aldı  |     21:47 Həmin qalmaqallı qurultaydan daha bir görüntü - Video  |     21:26 Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir  |     21:13 Rusiyada həbsdə olan azərbaycanlı iş adamı sərbəst buraxıldı  |     21:06 Beyləqanda 43 yaşlı kişini elektrik cərəyanı vurub  |     21:01 Çobanyastığı çayının 5 yan təsiri - Diyetoloqlar açıqladı  |     20:54 Kirayə mənzil qiymətləri artacaq  |     20:47 Torpaq bazarında qiymətlər necədir?  |     20:44 Donald Tramp Kim Çen Inla görüşməyə hazırdır  |    

Əminə Cabbarova Ukrayna xarici işlər nazirinin birinci müavini təyin edildi

Əminə Cabbarova Ukraynanın Xarici İşlər nazirinin birinci müavini təyin edilib. O, bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

Bunu ölkənin xarici işlər naziri Dmitri Kuleba “Facebook” səhifəsində bildirib.

“Komandamıza güclü oyunçu qoşulub. Əminə bu istiqamətlər üzrə cavabdeh olacaq: ictimai diplomatiya, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım. Bununla belə, birinci müavin olmaq, sözsüz, daha böyük şeydir və diplomatik həyatın özü əlavə məsələləri qarşıya çıxardır”, – o qeyd edib.

Qeyd edək ki, Əminə Cabbarova 4 il İnformasiya Siyasəti Nazirliyində işləyib və ötən ilin payızında işdən ayrılıb. 2014-cü ildən o, “Azadlıq Radiosu”na bağlı “Krım.Realii” saytında videoredaktor və baş redaktorun köməkçisi vəzifəsində işləyib. Həmçinin 2011-ci ildən 2014-cü ilədək ATR telekanalında müəllif, aparıcı və bəzi proqramların redaktoru olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 146 10.06.20 17:48