Tibbi maskalar hansı halda bizi təhlükələrdən qoruyur? » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:07 Azərbaycanəsilli iş adamına məxsus futbol klubu fəaliyyətini dayandırdı  |     17:56 Kamran Əliyev üç rayona yeni prokurorlar təyin etdi  |     17:14 Ermənistanda saxlanılan Calal Arutyunyana HÖKM OXUNDU  |     17:08 Sabah Azərbaycanın üç yaşayış məntəqəsində qaz olmayacaq  |     17:01 Lavrov Rusiya vətəndaşlarının İrandan təxliyəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib  |     16:42 Rusiya Silahlı Qüvvələri Sumı və Xarkov vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:40 "Bazarstore" qiymət fərqinə görə cərimələnib  |     16:39 Biləsuvar xəstəxanasında yoxlama aparılır  |     16:38 Cəlilabadda MARAQLI HADİSƏ - "Atam məni tacik qızdan ayırmaq üçün həbs etdirmək istəyir"  |     14:47 Bakıda bu ərazidə binalar SÖKÜLƏCƏK  |     14:44 Milli Məclisdə süni torpaq sahələrində sahibkarlıq mövzusu müzakirə edildi  |     14:32 Kazino açmaq istəyən şəxs 340 min manat ödəməlidir  |     12:53 Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri vətəndaşlara İKİ MİLYON manat ziyan vurub  |     12:52 Suriyaya pullar hansı məqsədlə göndərilib? - DTX-nin həbs etdiyi şəxs ifadə verib  |     12:51 DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"  |     12:48 Maldiv adaları ilə Azərbaycan arasında viza rejimi qismən ləğv edildi  |     12:47 İsrail Hərbi Hava Qüvvələri İrandan buraxılan yeddi PUA-nı zərərsizləşdirib (Yenilənir)  |     12:43 Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:38 İtaliya XİN: "29 vətəndaşımız Azərbaycan vasitəsilə İranı tərk edib" - FOTO  |     12:37 Ağciyər Xəstəlikləri İnstitutunda FACİƏ: Xəstə üçüncü mərtəbədən yıxıldı  |    

Tibbi maskalar hansı halda bizi təhlükələrdən qoruyur?

Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələri koronavirus pandemiyası ilə mübarizə aparır. Mübarizə çərçivəsində bir çox ölkələr müxtəlif qərarlar qəbul edib, səhiyyə sistemi qabaqlayıcı tədbirlər görüb. Lakin bu gün müşahidə edilən nəticə odur ki, İran da daxil olmaqla, 30-dan artıq ölkədə COVID-19-a yoluxma sayı artmaqda davam edir.

Qonşu ölkələrlə yanaşı, digər dünya ölkələrində pandemiya ilə mübarizə tədbirlərinə nəzər salsaq görərik ki, atılan addımlar həmin ölkələrdə yaşayan əhalinin sayına görə hesablanmayıb. Yoluxma sayının artması bir çox ölkələrin səhiyyə sistemində ciddi problemlərin yaranmasına səbəb olub.

İtaliya daxil olmaqla, bəzi ölkələrin xəstəxanalarında artıq yerlər dolub. Xəstələrin müalicə və müayinəsi üçün çətinliklər yaranıb. Bütün bunlarla müqayisədə, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər yüksək səviyyədə nəticələr verib. Digər ölkələrlə müqayisədə, Azərbaycanda əhali arasında yoluxma, eləcə də, ölüm faktları 2-3 dəfə azdır.

Təəssüf ki, pandemiya dövründə qeydə alınan hadisələrin fonunda əhali arasında koronavirus infeksiyasının mövcud olmadığını iddia edən, tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşlar da var.

Onların bəziləri paytaxtda tibbi maskaların tapılmamasından və ya qiymət artımından şikayətlənsələr də, bu gün ölkədə gündəlik tibbi maska istehsalı 200-300 minə yaxındır.

Bununla yanaşı, ölkədə 15 milyona qədər maska ehtiyatı da var. Bu səbəbdən vətəndaşlar arasında bənzər ajiotajların yaranmasına ehtiyac yoxdur.

Bəs maskalar lazımdırmı və onların effektivliyi necədir?

Bu gün Azərbaycanda fəaliyyətə başlayan tibbi maska fabrikində birdəfəlik istifadə üçün üçqat maskalar istehsal olunur. Maskaların orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir.

Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Praktiki istifadə qaydalarına gəldikdə, tibbi maskaların qapalı məkanlarda, insanların çoxluq təşkil etdiyi mühitlərdə istifadə edilməsi tövsiyə olunur.

Ölkənin tanınmış, peşəkar həkimləri dəfələrlə vətəndaşlara müraciət edərək, infeksiyadan qorunmaq üçün tibbi maskalardan istifadə etmələrinin zəruriliyini vurğulayıblar.

Bəzən tibbi maskanı ard-arda bir neçə gün istifadə edirlər. Bu isə gigiyenik cəhətdən doğru deyil. Həkimlər birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maskaların təkrarən istifadəsini dəstəkləmir.

Maska nəm olarsa, onu mütləq şəkildə dəyişmək lazımdır. İstifadə olunan maskanı arxa tərəfdən çıxarmaq lazımdır. Maskanın ön hissəsinə toxunmaq doğru deyil. Həkimlərin tövsiyələrinə görə, maskanı asqıran və ya öskürən şəxslər mütləq qaydada taxmalıdır. Xüsusilə diqqətli olunmalı məqam maska taxılan zaman əllərin dezinfeksiya edilməsidir.

Xüsusilə qeyd olunmalı məqamlardan biri də vətəndaşların taxdığı maskaların ağız və burun nahiyəsini tam şəkildə örtməsidir. Digər halda maska üz nahiyəsinə tam oturmadığı üçün boşluqdan keçən infeksiya tənəffüs yollarına düşə bilər.

Ümumilikdə, pandemiya ilə mübarizə çərçivəsində dövlətin atdığı addımlar öz müsbət nəticəsini verir. Belə ki, bu gün qonşu dövlət olan İranda koronavirusa yoluxanların sayı 173 mini keçdiyi halda, Azərbaycanda bu virusa yoluxanların sayı 7 min 876 nəfərdir.

Eyni zamanda, ölüm halları da İranda daha yüksəkdir. Belə ki, İranda səkkiz min nəfərdən çox insan koronovirusdan öldüyü halda, Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində bu virusdan ümumi ölənlərin sayı 93 nəfərdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 204 09.06.20 16:15