Azərbaycanda daha bir kəndin nəzarətə götürülməsi ilə bağlı DİN-dən AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 "Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib  |     22:47 Hər il on minlərlə insanı öldürən böyük təhlükə  |     22:41 İxtisas seçimi: kimlər boş qalan yerlərə müraciət edə bilməz?  |     22:34 Qalmaqallı kosmetoloqla bağlı məhkəmə qərarı  |     22:27 Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı  |     22:22 Avropa ölkəsi məktəbli qızlara hicab taxmağı qadağan edir  |     22:17 Ötən il həbs edilən cərrah azadlığa buraxıldı  |     22:10 Gömrük Komitəsinin xanım əməkdaşına söz atan 63 yaşlı kişi həbs edildi  |     22:04 "Fədək Market"in kassirindən ƏDV dələduzluğu - Məhkum edildi  |     21:58 Bakı binaları zəlzələyə davamlıdırmı? - Ekspertdən açıqlama  |     21:51 Yeni tələbələri rektorsuz qarşılayan universitetlər  |     21:44 Bu tarixdən Azərbaycanda avtomobillər kəskin bahalaşa bilər  |     21:36 İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir  |     21:30 Alimlər Yupiterin dəqiq yaranma tarixini müəyyən etdilər  |     21:21 Qardaşına 6 milyonluq villalarını verdi - Barışdılar  |     21:13 Xərçəng yaşı cavanlaşır - Ötən il 393 gəncdə aşkarlanıb  |     21:06 “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq  |     21:00 Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video  |     20:53 Tayvanda 6 maqnitudalı zəlzələ olub  |     20:47 Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar  |    

Azərbaycanda daha bir kəndin nəzarətə götürülməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Quşencə kəndinin polis tərəfindən nəzarətə götürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, İsmayıllı rayonunun Quşencə kəndinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı polis postları qurulmayıb:

“Sadəcə koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərlə profilaktik söhbətlər aparılıb”.

“Vətəndaşlara sosial izolyasiya qaydalarına riayət etmələrinin vacibliyi haqqında bəhs olunub, həmçinin tibbi maskadan istifadənin zəruriliyi onların diqqətinə çatdırılıb”, - deyə DİN rəsmisi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 185 08.06.20 19:21