Mojo.az Banner
19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |     17:01 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab  |     17:00 Azyaşlıya işgəncə verən falçının məhkəməsi: "Hər dəfə uşaq deyirdi ki, pişik cırmaqlayıb"  |     16:51 Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ

27.05.2020 11:16 2 043
“Azərişıq” əməkdaşlarının güllələnməsi ilə bağlı cinayət işi başlanıldı - RƏSMİ
Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşlarının güllələnməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 26-da Masallı rayonunda baş verib.

Belə ki, rayonun Yeddioymaq kənd sakini, 1969-cu il təvəllüdlü M.Şahmuradov həyətinə gələrək, ondan enerji borcunu ödəməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişıq" ASC-nin əməkdaşlarına atəş açıb.

Nəticədə, üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı, Masallı şəhərində yaşayan 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.скачать dle 11.3
Mojo.az Banner