Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərişığ”ın güllələnən əməkdaşlarının durumu ilə bağlı açıqlama

26.05.2020 23:26 1 499
“Azərişığ”ın güllələnən əməkdaşlarının durumu ilə bağlı açıqlama
TƏBİB Masallıda güllə yarası alan "Azərişıq" ASC-nin əməkdaşının vəziyyəti barədə məlumat verib.

Median.Az
xəbər verir ki, TƏBİB-dən APA-ya verilən açıqlamaya görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

"R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir".

Qeyd edək ki, Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb. 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb. İnsident zamanı "Azərişıq" ASC-nin digər əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudeif oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.скачать dle 11.3

Son xəbərlər