Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:36 İsveçrə F-35 təyyarələri sifariş etdi və tələyə düşdü: Ekspertlər nə baş verdiyini izah edir  |     21:30 Alimlər Yupiterin dəqiq yaranma tarixini müəyyən etdilər  |     21:21 Qardaşına 6 milyonluq villalarını verdi - Barışdılar  |     21:13 Xərçəng yaşı cavanlaşır - Ötən il 393 gəncdə aşkarlanıb  |     21:06 “ChatGPT”də uşaqlar üçün valideyn nəzarəti olacaq  |     21:00 Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - Video  |     20:53 Tayvanda 6 maqnitudalı zəlzələ olub  |     20:47 Tərtərdə cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar  |     20:40 Azərbaycanda daha 29 nəqliyyat vasitəsi hərraca çıxarılacaq  |     20:35 Azərbaycanda qeydiyyatda olan işsiz gənclərin sayı açıqlanıb  |     20:29 Rusiyanın olimpiya çempionu vəfat edib  |     20:23 Sabah 39 dərəcə isti olacaq - PROQNOZ  |     20:16 Kəlbəcər şəhərində daxili yolların tikintisi layihəsinin 76 %-i icra edilib  |     20:11 Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı baş tutacaq  |     20:03 Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq  |     19:59 Cammuda torpaq sürüşməsi azı 30 nəfərin ölümünə səbəb olub  |     19:51 Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə!  |     19:44 Musiqi və incəsənət məktəblərinə yeni rəhbərlər təyin olundu  |     19:39 Ağdamda ata 2 yaşlı uşağını ölümcül döydü  |     19:31 Laçının 110 yaşlı sakini - 6 övladı, 9 nəvəsi var  |    

Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj - VİDEO

Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusi qeyd etmək lazımdır.

Baku.Tv xəbər verir ki, təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfərin bu virusa yoluxduğu aşkarlanıb.


Onların içərisində 1 yaşlı uşaq da var. Demək olar ki, kənd sakinlərindən hər kəsin temperaturu ölçülüb. Şübhəli şəxslərdən elə yerindəcə yaxma analizləri götürülüb.

Virusa yoluxmaya görə son günlər kənddə maarifləndirmə xarakterli əhali ilə söhbətlər aparılsa da, hələ də buna məhəl qoymayan sakinlərə rast gəlinir. Kənd ərazisində insanların bəziləri maskasız gəzir, bəziləri isə çəkiliş apardığımızı görüb cibindən maska çıxarıb taxırlar. Sığırlı kənddində koronavirusa yoluxma halı artdığından insanların ən çox toplandığı kafe, çayxanalar da bağlanıb.

Rayon İcra Hakimiyyətinin müavini Ağalı Kərimli bildirib ki, yoluxma halının çoxalmasına səbəb sakinlərin sosial izoliasiya qaydalarına riayət etməmələridir. İcra rəsmisi onuda qeyd edib ki, sakinlərə zərurət olmadığı halda evdən çölə çıxmamaq, tibbi maskalardan əlcəklərdən istifadə etmələri tövsiyə edilib.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 993 26.05.20 20:43