Mojo.az Banner
Left Banner
Right Banner

Gəncədə tanışını bıçaqlayan şəxs həbs edildi

26.05.2020 11:03 1 758
Gəncədə tanışını bıçaqlayan şəxs həbs edildi
Gəncədə tanışını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Həsənov Zakir Müzakir oğluna bıçaqla ağır xəsarət yetirən şəxsin şəhər sakini, 1987-ci il təvəllüdlü Orxan Əliyev olduğu müəyyən edilib.

O, saxlanılaraq, istintaqa təhvil verilib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Həsənov Zakir Müzakir oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal cərrahi əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.скачать dle 11.3
Mojo.az Banner