Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur kurortda 40 otel fəaliyyətini bərpa edib

25.05.2020 22:11 1 597
Məşhur kurortda 40 otel fəaliyyətini bərpa edib
Misirin Qırmızı dənizin sahillərində yerləşən məşhur Şarm əl-Şeyx kurortunda iki ay əvvəl koronavirus pandemiyası ilə əlaqədar bağlanmış 40 otel fəaliyyətini bərpa edib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Qırmızı dəniz bölgəsinin qubernatoru Əmr Hənəfi həmin istirahət mərkəzlərinə müvafiq sertifikatları təqdim edib. Sertifikatların təqdimatından əvvəl vilayətin müvafiq strukturları tərəfindən otellərin COVID-19 virusuna qarşı həyata keçirdikləri profilaktik tədbirlər ciddi şəkildə yoxlanılıb.

Qubernator jurnalistlərə müsahibəsində bildirib ki, Baş Nazir Mustafa Mədbulinin açıqladığı Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi, habelə çimərliklərin bağlanılması qərarına baxmayaraq, otellərə məxsus ərazilərdə daxili turistlərin istirahətinə icazə veriləcək. Eyni zamanda, ictimai çimərliklər tamamilə qapalı olacaq və yalnız hökumətin müvafiq qərarından sonra açılacaq. Ə.Hənəfi əlavə edib ki, Ramazan bayramı günlərində safari, suya dalma kimi əyləncələr, habelə kiçik gəmilərin hərəkəti də qadağandır.

Misirin Ticarət Palatası bu ölkənin Otel Sahibkarları Federasiyası ilə birgə turizm sektorunun fəaliyyətinin tədricən bərpası planını hazırlayıb. Əcnəbi turistlərin qəbulunun bərpa edilməsinin dəqiq tarixi isə hələ açıqlanmır.скачать dle 11.3
Mojo.az Banner