Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda polis bu əraziyə giriş-çıxışı nəzarətə götürdü - Koronavirus tüğyan edir

19.05.2020 15:21 2 752
Azərbaycanda polis bu əraziyə giriş-çıxışı nəzarətə götürdü - Koronavirus tüğyan edir
Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçənin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qeyd edib ki, Yevlaxda həmin məhəllədə bir qrup sakin karantin rejiminin tətbiqinə etiraz olaraq toplaşıblar: “Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir.

Belə ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub.

Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb.

Testin cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək. Məhəllədə yaşayan insanlar bəziləri karantin rejimin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb.

Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar”.скачать dle 11.3
Mojo.az Banner