Mojo.az Banner
13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |     12:10 Ekspertdən reaksiya: "Quzu ətini zərərli adlandırmaq gülünc yanaşmadır"  |     11:49 Hər gün taksiyə pul xərcləmək, yoxsa avtomobil almaq? – Açıqlama  |     11:40 Yevlaxda xilas olmaq istəyən balıqçı özünü suya atdı, boğulub öldü  |     11:31 Piyadalar üçün də nəqliyyat qaydaları sərtləşdirilir, cərimələr artırıla bilər - Açıqlama  |     11:21 Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana gətiriləcək  |     11:16 Bakıda üç nəfər kirayədə yaşadıqları evdə bıçaqlanıb  |     23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |    
Left Banner
Right Banner

Azərbaycanda polisə xəsarət yetirildi, 21 nəfər tutuldu - YENİLƏNİB + RƏSMİ

21.05.2020 18:13 4 548
Azərbaycanda polisə xəsarət yetirildi, 21 nəfər tutuldu - YENİLƏNİB + RƏSMİ
Bir neçə gün əvvəl Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 20 nəfər isə saxlanılıb, araşdırma aparılır”, - məlumatda deyilir.

* * * * *

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl koronavirusa yoluxma halları ilə əlaqədar Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxış məhdudlaşdırılıb.


Oxu.Az-ın məlumatına görə, həmin ərazidə yaşayan sakinlər tətbiq edilən karantin rejimi qaydalarına əməl etməyərək, etiraz aksiyası keçirməyə cəhd edərkən polis əməkdaşına xəsarət yetiriblər.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məhəllə Daxili işlər Nazirliyinin polis əməkdaşları və DİN-in Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır:

“Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tələbini pozaraq, etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayiş kobud şəkildə pozularaq, orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib.

Hazırda onun vəziyyəti qənaətbəxşdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır”.

Qeyd edək ki, bir neçə gün əvvəl DİN-dən saytımıza bildirilmişdi ki, Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri “Qaraçılar məhəlləsi”nin sakinləridir.скачать dle 11.3
Mojo.az Banner