Mojo.az Banner
19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |     19:30 Ermənistanda partlayış oldu, hərbçi öldü  |     19:25 Sumqayıtda 22 motosiklet sürücüsü saxlanıldı - VİDEO  |     19:16 Narkotikin təsiri altında olan sürücü həbs olundu  |     19:11 Mingəçevirdə qayıq "River Side" hotelinin restoranına çırpıldı - Yaralılar var  |     19:04 Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq  |     18:59 Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı  |     18:52 Yoxlamalara dair yeni qadağa  |     18:47 Azərbaycanda bu şəxslər üçün 20 illik vergi güzəşti müəyyənləşir  |     18:39 30-a yaxın işçi "BI Group" şirkətindən maaşlarını ala bilmirlər - VİDEO  |     18:33 Bakıda plana düşən 200-dən çox ev sökülür - VİDEO  |     18:25 "Tərəqqi" medallı keçmiş direktor dünyasını dəyişdi  |     17:52 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     17:41 Vətəndaşlarla təhsil sektorunun işçisi arasında DAVA DÜŞDÜ - VİDEO  |     17:33 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper məhkəməyə verildi  |     17:09 İlanlar binalara və evlərə niyə girir? – Zooloqdan MÜHÜM açıqlama  |     17:07 Bakıda maşında meyit tapıldı  |     16:55 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA - ÖZƏL  |     16:53 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA  |     16:48 Külək güclənir - XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda kritik vəziyyətdə olan koronavirus xəstələrinə immun plazma köçürülməsinə başlanıldı

14.05.2020 23:10 2 018
Azərbaycanda kritik vəziyyətdə olan koronavirus xəstələrinə immun plazma köçürülməsinə başlanıldı
“Azərbaycanda kritik vəziyyətdə olan doqquz nəfər koronavirus xəstəsinə immun plazma köçürülüb”.

Median.Az
xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin İcraçı direktoru Valeh Hüseynov “Xəzər Xəbər”ə açıqlamasında deyib.

O bildirib ki, koronavirus xəstələrinin qan plazması ilə müalicəsi çərçivəsində altı donordan immun plazma alınıb: “Bu günə qədər Milli Hematologiya və Transfuziologiya Mərkəzində koronavirus infeskiyasından sağalan altı nəfər donordan immun plazma toplanıb. Bu plazmalar kritik-ağır vəziyyətdə olan doqquz nəfər koronavirus xəstəsinə köçürülüb. Onlar yaşlı, paralel xəstəlikləri olan və süni tənəffüs aparatına qoşulan xəstələrdir. Həmin insanlar ciddi həkim nəzarətində saxlanılır, ehtiyac olarsa, onlara yenidən immun plazma köçürülə bilər”.

V.Hüseynov donorların anonimliyinin qorunduğunu bildirib: “Koronavirus infeksiyasından sağalan şəxslərin qan plazmaları verməsinə ehtiyac var. Donorların anonimliyi mütləq şəkildə qorunur. Onların plazma nümunələri ağır vəziyyətdə olan COVİD-19 xəstələrinin sağalmasını sürətləndirə bilər. Müalicə metodu səmərəli olarsa, gələcəkdə koronavirusa yoluxan şəxslərin müalicəsinin ilkin mərhələsində də bu üsul tətbiq olunacaq”.

Xatırladaq ki, bu gün Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər isə sağalıb. Hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner