Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Fədayə Laçın Moskvada üzə çıxdı: “Üç aya yaxındır ki, ev kirayələmişəm“ - VİDEO

14.05.2020 21:39 2 696
Fədayə Laçın Moskvada üzə çıxdı: “Üç aya yaxındır ki, ev kirayələmişəm“ - VİDEO
“Moskvaya köçməmişəm. “Novruz” bayramı ərəfəsində buraya konsertə gəldik. Üç-dörd proqramıla çıxış etdik, amma məlum səbəblərdən digər konsertləri keçirə bilmədik. Sərhədlər bağlandığından burada qalmalı olduq”.

Median.Az
xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın ATV telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqrama “Skype” vasitəsi ilə canlı efirə qoşularkən deyib.

“Hələlik Moskvaya birdəfəlik köçmək kimi fikrim yoxdur. Vətəni tərk edə bilmərəm. Osuz da Laçından ayrı düşün Bakıya gəlmişik. Bakıdan da birdəfəlik ayrı düşə bilmərəm”.

Sənətçi Moskvada mənzil kirayələyib, orada oğlu ilə birgə qaldığını söyləyib:

“Üç aya yaxındır ki, ev kirayələmişəm, oğlum Əlhəmlə birlikdə qalıram. Saçlarım da ağarıb. Bir aydan sonra 44 yaşım olacaq”.

F.Laçın oğlu Əlhəmin evlənmək istəmədiyini bildirib:

“Əlhəmin hələ ki evlənmək niyyəti yoxdur. O, ağıllı uşaqdır. Nə zaman evlənmək istəsə, o vaxt özüm onu evləndirəcəyəm. İndi 26 yaşı var, 30 yaşına kimi evləndirmək istəyirəm. O isə mənə deyir ki, “hələ başım xarab olmayıb ki, ailə həyatı qurum”.

Verilişin aparıcısı Zaur Baxşəliyevin “Konsertlərdən sən nə qədər pul qazandın ki, Moskvada qalıb, yeyib-içirsiniz və pul bitmir?” sualına müğənni belə cavab verib:

“Konsertdən qazandığım pul çoxdan bitib. Pis də qazanmadım. Amma Moskvada hər şey Bakıdan qat-qat bahadır. Xərclərimiz çoxdur. Burada dostlarım mənə yardımlar edib, əl tuturlar”.

Qeyd edək ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub. O, ötən ilin oktyabrın 29-da azadlığa çıxıb. Sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.//oxu.azскачать dle 11.3
Mojo.az Banner