Mojo.az Banner
23:00 "Bəzi dərmanları qəbul etdikdən sonra sükan arxasına əyləşmək olmaz" - Video  |     22:53 "3000 manata qədərdirsə..." — Borc verənlərin nəzərinə  |     22:46 Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanır - Video  |     22:41 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ - Video  |     22:34 Daha bir "tiktoker" təhqirə görə həbs olundu  |     22:29 Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək  |     22:22 Elşən Xəzərin qızı "Beniz"in məhkəməsində ifadə verdi  |     22:15 Dördüncü kurs tələbəsi dünyasını dəyişdi  |     22:10 AzMİU-da yanğın olub? - Rəsmi açıqlama  |     22:02 Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar  |     21:57 Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı  |     21:49 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi  |     21:44 Attestatlar elektron formada təqdim olunacaq  |     21:36 Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI  |     21:31 Azərbaycanda gənc müəllim vəfat etdi  |     21:22 Bakının 4 rayonunda istinad divarları tikiləcək  |     21:17 Qohumlarına toy mərasimi üçün kömək edib, evinə qayıdan qadının hamamda meyiti tapıldı  |     21:10 Qotur göllə bağlı zəruri tədbirlər görüləcək  |     21:04 “3 yaşlı övladım dedi ki, barmağımı bağçada bibi yandırıb” - Video  |     20:55 Ermənistan suyu rusların boğazından keçmədi - Satışı qadağan edildi  |    
Left Banner
Right Banner

“Nə vaxt evlənirəm desə, mən hazıram” - Fədayə Laçın sirləri açdı + FOTO

31.10.2023 14:06 1 299
“Nə vaxt evlənirəm desə, mən hazıram” - Fədayə Laçın sirləri açdı + FOTO
“Əslində Azərbaycana qayıtmağıma səbəb toy məclisləri oldu. Bir neçə dəvətdən sonra məcbur olub gəldim. Getməli idim, gördüm ki, dəvətlər artmağa başladı. Rusiyaya qayıdacağam, çünki həm orada toylarım var, həm də orada yaşayıram. İnsanların məni bu cür ürəkdən qarşılamaqları mənə çox xoş oldu. Efirlər də mənim üçün darıxmışdı. Tamaşaçılar yazır ki, efirlərin dadı-duzu, ləzzəti qayıtdı. Mən də o sevgidən ilhamlanıb Bakıya gələn günündən çəkilişlərdəyəm. Öz şəxsi işlərimi kənara qoymuşam. Heç kimlə görüşməmişəm. Dost-tanış, qohum-əqrəba hamısı məndən inciyib. Hələ burdayam, deyə bilirəm ki, sevdiklərimlə arxayın görüşəcəyəm”.


Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Fədayə Laçın deyib.

“Ən çox anam, bacılarım üçün darıxmışdım. Rusiyada yaşayan azərbaycanlılar da məni sevirlər, amma buradakı kimi deyil. Heç bilməzdim ki, mənim üçün bu qədər darıxıblar”, - deyə müğənni bildirib.


Fədayə Laçın oğlu Əlhəmi evləndirmək istəyindən də söz açıb.

“Mən oğlumu evləndirmək istəyirəm. İstəyərdim də. Amma onun ixtiyarına buraxmışam. O, özü ağıllı oğlandır, deyir ki, bu, elə bir məsələdir ki, gərək yüz ölçüb, bir biçəsən. Əlhəm nə vaxt desə ki, evlənirəm, mən hazıram”, - deyə müğənni bildirib.       


Fədayə Laçın plastik əməliyyatlara da münasibət bildirib:

“Bir az artıq çəki aldığım üçün insanlar elə bilirlər ki, üzümə dolğu etdirmişəm. Üzümdə heç nə yoxdur. Arıqlayan kimi yanaqlarım düşür. Kökələn kimi isə əksinə olur. Üz-gözümdə heç nə yoxdur. Ehtiyac da bilmirəm. Nə vaxtsa ehtiyac bilsəm, bəlkə də müraciət edərəm. Plastik cərrahiyyələrdən çox qorxuram. Elə bilirəm ki, həmin prosedurun üstündən illər keçəndən sonra insan peşman olur. Mən də bu peşmanlıqdan qorxuram”, - deyə müğənni bildirib.

Fədayə Laçın bildirib ki, Moskvada heç bir biznesi yoxdur.

“Restoranımız daha işləmir. Biz onu oğlum Əlhəm üçün götürmüşdük. Əlhəm də şair adamdır. Biz incəsənət adamıyıq, gördük ki, bizlik deyil. Bir il işlətdik, xoşumuz gəlmədi, istədiyimiz kimi olmadı, ona görə də məsləhət bildik ki, daha çox ziyana düşməmiş restorandan çıxaq. Az ziyanla çıxdıq. Deyirlər ki, Fədayənin bir milyon borcu var, o borc deyil. 1 milyon rubldur. O da bizim pulla 17-20 min manat arası edir. Bu borc deyil, ziyandır, itirdiyimiz puldur. Heç kimə də borcumuz yoxdur. Biznesimiz ancaq toylardır”, - deyə müğənni bildirib.скачать dle 11.3
Mojo.az Banner