22:50 “Üstünlük bəlkə də rəqib tərəfdədir” - Qurban Qurbanov  |     22:41 "Green Card" üçün qeydiyyat niyə gecikir? - RƏSMİ CAVAB  |     22:30 Bu tarixdən etibarən ölkədə heyvan bazarları bağlanır  |     22:22 Türkiyə-Azərbaycan Universitetinin iki illik fəaliyyətinə dair hesabat təqdim edilib  |     22:17 Ərdoğan Körfəz ölkələrinə səfər edəcək  |     22:10 Ermənistan ordusunun Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirmələri ilə bağlı ifadələr elan olunub  |     22:03 Fərid Qayıbov COP10-un sədri SEÇİLDİ - FOTO  |     21:56 Hazırlığa apardığı məktəbliyə qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs edildi  |     21:48 Naxçıvanda minlərlə turist öz evində qalıb - QƏRİBƏ STATİSTİKA  |     21:37 Bakıda iş adamı narkotiklə SAXLANILDI  |     21:22 Sabah bu ərazilərdə qaz olmayacaq  |     21:14 Füzulidə körpə ölü doğulub  |     21:06 “Mənə qalan qızım oldu...” - Xalq artisti  |     20:55 Zakir Həsənov Özbəkistana getdi  |     20:48 Xolesterin səviyyəsini aşağı salmağa kömək edən 12 qida  |     20:40 Ətin bişirilmə temperaturu virusların məhv olmasını təmin edir  |     20:33 Metronun bu stansiyasında interval 5 dəqiqə azaldıldı  |     20:28 Epizootik vəziyyət nəzarətdə saxlanılır  |     20:20 Bakıda taksi sürücüsü qarət edildi  |     20:12 Sabaha olan hava proqnozu  |    

Bu şəhərimizdə postların sayı artırılır, karantin rejimi sərtləşdirilir

Bu həftə karantin rejiminin yumşaldılmasından sonra Gəncə şəhərində koronavirusa yoluxma hallarının artdığı haqqında məlumatlar yayılıb.

Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov koronavirusa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi haqqında tapşırıqlar verib.

Bu gün isə icra başçısı Gəncədə yaradılmış Qərargahının üzvlərinin iştirakı ilə videokonfrans keçirib.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Konfransda çıxış edən icra başçısı bildirib ki, onun tapşırığına əsasən şəhərdə fəaliyyət göstərən kiçik həcmli ictimai nəqliyyat vasitələrinin böyük tutumlu avtobuslarla əvəzlənəcək:

"Həyata keçirilən dezinfeksiya işlərinin, xəstəxanalarda aparılan monitorinqlərin, habelə əhalinin maarifləndirilməsi üçün çalışan mobil qrupların fəaliyyətinin genişləndirilməsi istiqamətində də müvafiq göstərişlər verilib. Gəncə Şəhər Baş Polis İdarəsinə şəhərin giriş-çıxışları və daxilində qurulan yoxlama-buraxılma postlarının sayının artırılması tövsiyyə olunub”.

Saytımıza verilən məlumatda o da qeyd olunub ki, xüsusi karantin rejimi tələblərinin icrasını təmin etmək məqsədi ilə şəhərdə 800-dən çox polis və hərbçi çalışır. Bank, ATM, iri market və apteklərin qarşısında, o cümlədən əhalinin sıx olduğu ərazilərdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları vəziyyəti nəzarət altında saxlayırlar. Gəncənin giriş-çıxışlarında quraşdırılan yoxlama-buraxılma postlarına da nəzarət gücləndirilib. Xüsusi karantin rejiminin tələblərini pozan sakinlərə qarşı daha ciddi mübarizə aparılacaq.

Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yaradılan monitorinq qrupları da öz fəaliyyətlərini davam etdirirlər. Tibb işçiləri və xidmət sahələrində çalışan şəxslərdən yaxma nümunələri götürülərək, COVID-19 testləri də aparılır. Həyata keçirilən tədbirlər nəticəsində mövcud vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 598 08.05.20 23:52