Mojo.az Banner
16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |     13:54 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib  |     13:52 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR - VİDEO  |     13:50 Nazir: "Son 30 ildə Azərbaycanda mina qurbanlarının sayı 3 500 nəfəri ötüb"  |     13:47 "Qəbələ" heyətini yeni futbolçu ilə gücləndirib  |     13:44 Ceyhun Bayramov: "Biz hazırda de-fakto sülhə nail olmuşuq"  |     13:43 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib  |     13:40 ÜST rəhbərindən dünyaya HƏYƏCAN TƏBİLİ: "Yeni pandemiya qaçılmazdır"  |     13:37 Bakıda 420 min manatlıq mənzili saxta sənədlərlə ələ keçirib 170 min manata satdı – MƏHKƏMƏ  |    
Mojo.az Avto
Mojo.az Avto

“Günəşli”dəki qəzada itkin düşən neftçilərin cəsədləri bu ərazidən tapıldı - VİDEO

08.05.2020 14:36 2 483
“Günəşli”dəki qəzada itkin düşən neftçilərin cəsədləri bu ərazidən tapıldı - VİDEO
2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən yanğın zamanı ölən şəxslərdən ikisinin meyitinin tapıldığı ərazi məlum olub.

İtkin düşən neftçilərdən ikisinin cəsədi sözügedən yataq ərazisindəki neft nəql borularının cari vəziyyəti təftiş edilərkən BP platformaları istiqamətindən tapılıb.

Onların üzərindəki sənədlərdən məlum olub ki, sözügedən cəsədlər qəza nəticəsində itkin düşən neftçilərdir.

Bu gün onların nəşinin torpağa tapşırılması gözlənilir.

Bildirilir ki, onların dəfninə SOCAR tərəfindən yardım ediləcək.

Qeyd edək ki, cəsədi tapılan neftçilər -1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu və 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğludur.
//oxu.az


скачать dle 11.3
Mojo.az Banner