Bakı-Sumqayıt yolundakı yeni qoyulmuş beton arakəsmələr sökülür - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:21 Bakı-Qazax avtomobil yolunda təmir işləri aparılır  |     20:14 Bakının Hüseyn Cavid prospektində mikromobillik zolağı genişləndirilib  |     20:09 Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb  |     20:02 İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib  |     19:57 Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək  |     19:50 Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır  |     19:45 BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələblərinə uyğun həddə saxlanılır  |     19:37 İngiltərə klubu 21 yaşlı futbolçusuna 120 milyon avro qiymət təyin edib  |     19:32 Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır  |     19:24 Füzulidə keçmiş həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     19:19 Yaponiyanın müdafiə naziri 10 il sonra ilk dəfə Cənubi Koreyaya səfər edə bilər  |     19:11 Qazaxıstan mühəndisləri də Xəzərin dibini tədqiq etməyə başlayıblar  |     19:03 "Airbus" sifarişləri iyul ayında 29 dəfə azalıb  |     18:57 İlham Əliyev müharibəni qazandı, indi də sülhü qazanır - Prezidentin köməkçisi  |     18:31 Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq  |     18:20 Ağdamda fəaliyyət göstərən pendir sexində nöqsanlar aşkarlanıb  |     17:58 Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələnib - SƏBƏB  |     17:54 Bakıda 9-cu sinif şagirdi qəfil vəfat etdi  |     17:43 Bu tarixdə gözünüz göydə olsun - Planetlərin paradı olacaq  |     17:38 İsrail havadan zərbə ilə Fələstindəki partiyalardan birinin üzvünü öldürüb  |    

Bakı-Sumqayıt yolundakı yeni qoyulmuş beton arakəsmələr sökülür - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

Bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.

Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunub.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilib. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunub.

Eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 548 02.05.20 16:56