Mojo.az Banner
SON DƏQİQƏ
22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |     19:15 Bərdədə pasiyenti döyən sanitar qadın indi də xəstəxananı şantaj edib  |     19:10 "Qarabağ" - "Neftçi" oyunu başladı - Canlı  |     19:06 Moskvada 103 aviareys təxirə salınıb  |     18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

02.05.2020 14:41 1 824
Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”
“Koronavirusa qarşı düzgün mübarizənin bir yolu var, o da bu xəstəlikdən sağalan şəxslərdən alınan plazmaların xəstələrə köçürülməsidir. Başqa effektiv müalicə üsulu yoxdur”.

Bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə çərçivəsində aparılan tədbirlərə münasibət bildirərkən deyib:

“Ölkə ərazisində dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görüldü. Məktəblərin, universitetlərin vaxtında bağlanması düzgün verilmiş qərar idi. Lakin COVID-19 koronavirus xəstəliklərinin yeddinci növüdür. Bundan əvvəl həmin xəstəliyin altı növü olub. Yeni koronavirus isə amerikalı alim tərəfindən hazırlanıb və digər viruslardan çox fərqlənir. Bildiyimiz virus bir genə sahib olan aminturşulardan ibarət olur. Zəruri müalicə ilə ona asanlıqla qalib gəlmək olar.

Lakin COVID-19 müxtəlif virusların toplusundan hazırlanan və 40 geni olan infeksiyadır. Təsəvvür edin, insanın 46 xromosomu var və 40 genə sahib virusla qarşı-qarşıyadır. Bununla mübarizə aparmaq çox çətindir. Mübarizə aparmağın bir effektiv üsulu var. Koronavirusa yoluxan şəxslərin orqanizmində COVID-19 virusunun ifraz etdiyi toksinə qarşı antitoksin yaranır. Türkiyədə artıq bu üsul tətbiq edilir. Düzgün qərardır. COVID-19-dan sağalan şəxslərdən qan nümunələri götürülür və serumu (qanın plazma kütləsi) xəstə şəxslərə köçürürlər. Bu, həmin xəstələrin orqanizmində də virusa qarşı immunitet yaradır və qısa zamanda sağalmalarına kömək edir. Tək yol budur. Başqa effektiv yol yoxdur”.

R.Mahmudov onu da əlavə edib ki, insanların bu xəstəliyi oyun zənn etməsi yoluxma hallarının artmasına səbəb olur:

“Bəzi vətəndaşlar heç bir əsas gətirmədən bunun oyun olduğunu deyirlər. Təəssüf edirəm ki, öz sağlamlıqları ilə yanaşı, digər şəxslərin də həyatlarını riskə atırlar. Kimya elmi, hər şeyin elmi izahı var. Bütün soydaşlarımıza səslənirəm, xəstəlik olsa da, olmasa da, gigiyena qaydalarına riayət edin. Koronavirus infeksiyası da sizə oyun kimi görünməsin. Cəmiyyəti qorumaq lazımdır”.скачать dle 11.3

Son xəbərlər