Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda qadının əri tərəfindən qətlə yetirilməsi faktı Komitə tərəfindən nəzarətə götürülüb

01.05.2020 13:04 1 268
Abşeronda qadının əri tərəfindən qətlə yetirilməsi faktı Komitə tərəfindən nəzarətə götürülüb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Abşeron rayon Qobu qəsəbəsində baş vermiş cinayət hadisəsi ilə əlaqədar bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmağı vacib hesab edir.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

“Kütləvi informasiya vasitələrində 29 aprel 2020-ci il tarixində Abşeron rayon Qobu qəsəbə sakini, 1991-ci il təvəllüdlü Anar Bəkirovun həyat yoldaşını qətlə yetirməsi barədə məlumat öz əksini tapıb.

Bununla bağlı Komitənin əməkdaşları Abşeron rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, hadisə haqqında məlumat əldə ediblər. Məlum olub ki, bir azyaşlı övladı olan Abşeron rayon sakini Anar Bəkirov həyat yoldaşını aralarında baş vermiş mübahisədən sonra qətlə yetirib.

Abşeron rayon İcra Hakimiyyəti yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupu”nun üzvləri və psixoloqu azyaşlının vəziyyətini nəzarətə götürmək məqsədi ilə ailəyə baş çəkiblər. Rayon icra hakimiyyətindən Komitəyə daxil olmuş məlumata əsasən, uşaq hazırda əmisinin himayəsindədir və onun psixoloji durumu sabitdir.

Ailə Komitənin nəzarətindədir. Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq, istintaq işləri davam etdirilir.

Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən azyaşlının qanunvericiliyə müvafiq şəkildə qəyyumluğa verilməsi ilə bağlı tədbir görüləcək”, - deyə məlumatda bildirilib.скачать dle 11.3

Son xəbərlər