23:01 Marketdə istehlaka yararsız məhsullar aşkarlanıb  |     22:54 "Roşka" ləqəbli tiktokerin məhkəməsi: Sərbəst ifadələr yekunlaşdı  |     22:48 Yeraltı keçidlər sökülə bilər? - EKSPERT AÇIQLADI  |     22:42 Ağdamda dəfn edilmiş şəxsin məzar daşı Xocavənddə aşkarlanıb  |     22:35 Vensan Abubakar rəsmən "Neftçi"də  |     22:30 Dövlət qurumlarında iş vədi ilə pul alan "polkovnik"ə hökm oxundu  |     22:22 F-16 və F-22: Niyə daha sürətli təyyarə həmişə daha yaxşı deyil?  |     22:15 Beynəlxalq axtarışda olan şəxs ekstradisiya edildi  |     22:09 Həccə getmək istəyənlərin nəzərinə! - Qiymət AÇIQLANDI  |     22:01 Kobaxidze: İrəvanla Bakı arasında sülhün bərqərar olması regional əməkdaşlığa yeni təkan verəcək  |     21:52 "Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir"  |     21:29 Güləşçimiz dünya çempionu oldu  |     21:00 Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından SİLİNDİ  |     20:52 Bakıda məktəbdə yanğın olub  |     20:46 Mingəçevirdə iki piyadanı maşın vurub, onlardan biri ölüb  |     20:37 Şirvan kanalında batan şəxsin meyiti tapılıb  |     20:24 19 yaşlı Ləmanın atası hər şeyi danışdı - ölümünə səbəb gəlinlik imiş... - FOTO  |     20:15 ABŞ hərəkətə keçdi - Rusiyaya qarşı sanksiyalar siyahısı genişlənir (ŞƏRH)  |     20:04 Şəkidə yol qəzasında 3 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB-1  |     19:59 Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs Almaniyadan ekstradisiya ediləcək  |    

Qazaxıstanda erməni təxribatının qarşısı alındı

Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən daha bir erməni təxribatının qarşısı alınıb.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Qazaxıstan Xalqı Assambleyasının Şərqi Qazaxıstan vilayəti üzrə Ust-Kamenoqorsk şəhərində yerləşən “Dostluq Evi”nin rəsmi facebook səhifəsində ermənilər aprelin 27-də yayımlanmış videoda göyərti qutabını “erməni-Qarabağ” mətbəxinə aid yemək növü kimi təqdim edib.

Dövlət Komitəsinin müdaxiləsindən sonra isə aprelin 29-da sözügedən video səhifədən silinib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 29 aprel tarixində Şərqi Qazaxıstan vilayəti üzrə “Azərbaycan Etno-mədəni Birliyi” adlı İctimai təşkilatın sədri Elvin Dəmirçiyev ilə əlaqə saxlanılıb və müvafiq tövsiyələr verilib. “Dostluq Evi”nin rəsmi şəxsləri ilə söhbətlərin aparılması, qutabın Azərbaycan mətbəxinə aid olduğunun və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun bir daha diqqətə çatdırılması tövsiyə olunub.

E.Dəmirçiyevin sözlərinə görə, Şərqi Qazaxıstan vilayəti üzrə “Dostluq Evi”nin mətbuat katibi Bibulova Ayzada Erjan qızı ilə bu barədə söhbət aparılıb, Azərbaycan mətbəxi nümunəsinin ermənilər tərəfindən özlərininki kimi qələmə verilməsi, həmçinin Azərbaycan ərazisi olan Qarabağın ermənilərin olması barədə fikirlər söylənilməsinin yolverilməz olduğu diqqətə çatdırılıb. Eyni zamanda, gələcəkdə belə təxribat xarakterli hərəkətlərə imkan verilməməsi xahiş olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 174 30.04.20 19:38