Mojo.az Banner
12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |    
Left Banner
Right Banner

Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub

28.04.2020 22:37 1 625
Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin yeni tərkibi məlum olub
Azərbaycanın GUAM Parlament Assambleyasında nümayəndə heyətinin yeni tərkibi və rəhbəri təsdiqlənib.

APA-nın məlumatına görə, millət vəkili Elnur Allahverdiyev bu barədə qeyd edib.

E.Allahverdiyevin sözlərinə görə, bu qurumdakı nümayəndə heyətinə rəhbərlik edəcək.

Millət vəkili bildirib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı sıralarında birləşdirən GUAM ciddi potensialı olan regional təşkilatdır:

“Təşkilat 1997-ci il oktyabrın 10-da yaradılıb. Əsas fəaliyyət prinsipləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik proseslərin sürətləndirilməsi, habelə bütün növ aqressiyalara, əsasən də etnik separatizm və dövlətlərin suverenliyinə qarşı yönəlmiş təhlükələrə qarşı vahid cəbhədən mübarizədir. GUAM PA qurumda birləşən dövlətlərin qanunverici orqanlarının koordinasiyalı şəkildə fəaliyyətlərini tənzimləmələri üçün əlverişli siyasi platformadır. Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik. Bu mübarizədə bizə dəstək olan bütün vətəndaşlarımıza öncədən təşəkkür edirəm”.

Qeyd edək ki, GUAM PA-nın nümayəndə heyətinin üzvləri isə millət vəkilləri - Nəsib Məhəməliyev, Əli Məsimli, Fatma Yıldırım, Cavid Osmanov, Qüdrət Həsənquliyevdir.скачать dle 11.3
Mojo.az Banner