Mojo.az Banner
19:57 Azərbaycan turizmində yeni çağırışlar: Turist axını və xərclər niyə azalır?  |     19:49 Telefon fırıldaqçılarının əsas "silahı" açıqlandı: Bu üsul niyə həmişə işləyir?  |     19:43 Bank kreditləri ilə bağlı yeni sistem: Kimlər daha sərfəli kredit ala biləcək?  |     19:35 Bu planet milyardlarla il əvvəl "ölməli" idi: Necə "sağ qalıb"?  |     19:30 Villaların kirayəsində rekord artım: Qiymətlər 30 min manata çatdı  |     19:21 Bakıda avtomobil kanalizasiya kollektoruna düşdü  |     19:16 Kalsium və D vitamini sınıqlardan qorumur: Bəs nə kömək edir?  |     19:10 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!  |     19:03 Zaur Kamal qəzaya uğradı  |     18:55 Bazar günü 36 dərəcə isti olacaq  |     18:50 Sosial müavinət alanlar pensiyaya keçə bilər? - Deputatdan AÇIQLAMA  |     18:42 Çətənə kolu yetişdirən şəxs həbs olundu - VİDEO  |     18:37 Dünya çempionatının 1/8 final mərhələsinə start verilir  |     18:29 Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...  |     18:24 Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış  |     18:15 Sosial şəbəkələrdə yaş həddi: Sakinlər nə düşünürlər? - Video  |     18:09 Güclü maqnit qasırğası başlayıb  |     18:01 Ağdamda faciə- ata və iki övladı kanalda boğuldu  |     17:49 Ötən gün Azərbaycanda 24 cinayətin üstü açılıb  |     17:42 DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub  |    
Left Banner
Right Banner

İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı - SƏRƏNCAM

23.04.2020 13:27 2 890
İlham Əliyev Naxçıvanın Nazirlər Kabinetinə vəsait ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.46.5-ci yarımbəndində göstərilmiş bir milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.скачать dle 11.3
Mojo.az Banner