Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO

22.04.2020 12:23 1 917
Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO
Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edirlər. Müvafiq olaraq, vətəndaşların həmin xərcləri də artır.

Bu günlərdə borca görə vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi?

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz: “Əsas diqqət buna yönəlib ki, vətəndaşlarımız içməli su ilə bağlı problemlə üzləşməsinlər. Biz müvəqqəti olaraq mexaniki sayğacların gösətəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız mənzillərə getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Əməkdaşlarımız hec kimin qapısını döymürlər, sayğaclara baxış keçirmirlər və suyun kəsilməsi ilə bağlı hər hansı xəbərdarlıq etmirlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyir ki, karantin rejimində bu məsələyə xüsusi diqqət və anlayışla yanaşılır: “30 gün keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək”.

“Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borc yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.


скачать dle 11.3
Mojo.az Banner