Bakıda qadın itkin düşüb.
Hadisə ötən gün paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb.
Sözügedən ərazidə yaşayan, 1997-ci il təvəllüdlü S.Dadaşova günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Bu barədə onun həyat yoldaşı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.