Mojo.az Banner
14:15 Biləsuvarda toydan gələn piyadanı vuraraq öldürən avtomobilin sürücüsü SAXLANILDI (Yenilənib)  |     14:14 Azərbaycan nefti ucuzlaşıb  |     14:10 BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı  |     14:04 Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti  |     13:56 Bakıda eyni binada 60 min manatlıq FƏRQ: Səbəb nədir? - VİDEO  |     13:55 Naxçıvanda dəhşətli qəza: Üç nəfər həlak oldu, xəsarət alanlar arasında körpələr də var (Yenilənib)  |     13:43 Ermənistan məhsulları Azərbaycan bazarına girir – Deputat: “38 adda məhsul mümkündür”  |     13:38 Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi  |     13:18 Bakıda gənclərin təhlükəli ƏYLƏNCƏSİ ilə bağlı DİN hərəkətə keçdi - VİDEO (Yenilənib)  |     13:13 "Sabah" futbol klubundan inanılmaz QƏRAR - 10 milyon manatlıq layihə gəlir  |     22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |    
Left Banner
Right Banner

İlham Əliyev Azərbaycandakı xristianları təbrik etdi

17.04.2020 15:57 1 817
İlham Əliyev Azərbaycandakı xristianları təbrik etdi
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli həmvətənlər!

Sizi – Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Fərqli sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda yüz illərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, mehriban qonşuluq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşayırlar.

Dərin tarixi köklərə malik tolerantlıq ənənələrimizin qorunub saxlanılması, multikultural dəyərlərə söykənən ictimai münasibətlərin təbliği və təşviqi Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən biridir.

Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə özünəməxsus yeri olan pravoslav xristianlar ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesinin fəal iştirakçılarıdır.

Əziz həmvətənlər!

Builki Pasxa bayramı bütün dünyanı bürümüş təhlükəli epidemiyanın bəşəriyyəti təhdid etdiyi bir vaxta təsadüf edir. Əminəm ki, üzləşdiyimiz qlobal bəla ilə mübarizədə həmvətənlərimiz yüksək məsuliyyət, həmrəylik və mütəşəkkillik nümayiş etdirəcək, xalqımız bu çətin sınaqdan da uğurla çıxacaqdır.

Yeniliyin, dirçəlişin, birlik və bərabərliyin rəmzi sayılan nurlu Pasxa bayramı günündə bir daha hər birinizə cansağlığı, xoşbəxtlik, ailələrinizə əmin-amanlıq arzulayıram.

Bayramınız mübarək olsun!”скачать dle 11.3
Mojo.az Banner