Mojo.az Banner
19:50 Şagirdlərin dərsdənkənar fəaliyyəti necə balanslaşdırılmalıdır? - Ekspertdən valideynlərə tövsiyələr  |     19:43 "ASAN Xidmət"ə "asan" iş vədi - Astarada 4 min manatlıq dələduzluq  |     19:37 Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir (VİDEO)  |     19:30 "Məni iki dəfə vurdu, sonra boğdu": Şəmkirdə dəhşətli yanğından əvvəl nə baş verib?  |     19:24 Videooyun oynayanların yaddaşı daha güclü olur? (ARAŞDIRMA)  |     19:15 Tanınmış rəssam vəfat etdi  |     19:10 Spred yağı istehsalçı ölkəyə geri qaytarıldıb - Səbəbi isə... (FOTO)  |     19:01 Qarabağ Universitetində yeni təyinat  |     18:54 Universitetdən qovulan tələbə videomüraciət yaydı  |     18:48 Bakıda oğurluq edənlər tutuldu  |     18:40 Sabah 35° isti olacaq  |     18:35 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi  |     18:26 Avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı  |     18:21 Bakıda piyada keçidindəki eskalatorlar işləmir - VİDEO  |     18:21 Bu şəxslərin satınalmaları ilə bağlı yeni qayda tətbiq ediləcək  |     18:13 Şəhidin həyat yoldaşı vəfat etdi  |     18:08 Şəxsiyyət vəsiqəsində ananın adı niyə yoxdur? - VİDEO  |     18:05 Paytaxtın hazırda bəzi küçələrində sıxlıq var - SİYAHI  |     17:35 Qayınata gəlininin qətlində təqsirləndirilir  |     17:35 Paşinyan Bakı ilə razılaşma barədə danışdı: Vəziyyətin yaxşılaşacağını gördük  |    
Mojo.az Avto
Mojo.az Avto

Karantin rejimini pozan 56871 nəfər cərimələnib - RƏSMİ

17.04.2020 15:18 1 495
Karantin rejimini pozan 56871 nəfər cərimələnib - RƏSMİ
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 15-dən 17-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan altı iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

Ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, ümumilikdə 8970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib. 23 şəxs inzibati qaydada həbs olunub. Bir cinayət işi üzrə bir nəfər şübhəli şəxs qismində tutulub.

Ümumilikdə, martın 17-dən bu günə qədər xüsusi karantin rejiminin pozulması ilə əlaqədar, doqquz cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib.скачать dle 11.3
Mojo.az Banner