Tezliklə şəhid ailələrinə mənzillər təqdim olunacaq
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə çıxışı zamanı deyib.
Sahil Babayev qeyd edib ki, xüsusi karantin rejimində kütləvi tədbirin olmaması üçün onları təqdim edə bilməyiblər:
“Rejim bitən kimi artıq əlimizdə 300-dən artıq belə mənzil hazır olacaq”.