Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Taksi sürücüləri imtahan verdilər  |     22:55 Prokurorun adı ilə həyata keçirilən 42 000 manatlıq dələduzluq cinayəti  |     22:46 Sökülən binalarda evlərin qiymətləndirilməsi prosesi necə olmalıdır? - Ekspert  |     22:39 Simsiz enerji ötürülməsində yeni rekord: 8,6 kilometrə 800 vatt enerji!  |     22:33 Hamının sevdiyi qarğıdalının orqanizmə faydası  |     22:28 Yaşayış məntəqələrimizin "İsgəndər M" və "Toçka U" ilə vurulmasını kim əmr edib? - MƏHKƏMƏ  |     21:58 Azərbaycan vətəndaşlarının və əcnəbilərin İran ərazisindən çıxması prosesi davam edir  |     21:51 Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər? - VİDEO  |     21:44 Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib - FOTO  |     21:39 İranda 24 "Mossad" casusu həbs olundu  |     21:36 Azərbaycana buğda idxalı 55 %-dən çox artıb  |     21:22 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər  |     21:17 Lənkəranda qəzada xəsarət alan 5 ailə üzvünün vəziyyəti açıqlanıb  |     21:12 Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb  |     21:04 İranla münaqişə səbəbindən İsraildə 5 mindən çox insan evsiz qalıb  |     21:00 Adanada yanğınsöndürən təyyarə qəzaya uğrayıb, pilotlar xəsarət alıb  |     20:55 İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub  |     20:48 Bu ilin 5 ayı ərzində narkotiklərlə bağlı 3797 cinayət faktı aşkarlanıb  |     20:42 “Sabah”ın U-14 komandası beynəlxalq turnirdəki ilk üç oyununda qələbə qazanıb  |     20:35 Lənkəranda eşitmə məhdudiyyətlilər arasında minifutbol turniri keçiriləcək  |    

Uşaq Qaynar Xətt xidməti üç ayda 1300-dən artıq müraciət qəbul edib - FOTO

Ölkənin lider mobil operatorunun dəstəyilə fəaliyyət göstərən xidmətə daxil olan zənglərin sayı artır.

“Azercell Telekom” MMC-nin təşəbbüsü və dəstəyi ilə yaradılan Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2020-ci ilin birinci rübündəki fəaliyyəti ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Belə ki, ölkədə COVID-19 virusunun yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində karantin rejimi elan olunmasına baxmayaraq, xidmət bir gün də olsun işini dayandırmayıb, Uşaq Qaynar Xəttinin əməkdaşları fəaliyyətlərini ev şəraitində davam etdiriblər.

Beləliklə, bu ilin ilk rübü ərzində Azərbaycan Uşaq Qaynar Xəttinə ümumilikdə 1313 zəng daxil olub.

Bunlardan 411-i yanvar, 438-i fevral, 464-ü isə mart ayında edilib. Müraciətlərin əksəriyyəti: 625-i təhsil mövzusuna aid olub. Yerdə qalan zənglərin 114-ü sosial, 118-i psixoloji, 199-u hüquqi, 98-i səhiyyə, 159-u isə digər sahələrdə yaranan sualları əhatə edib. Xidmətə daxil olan zənglərin 692-si qızlar, 612-i isə oğlanlar tərəfindən olunub.

Müraciətlərin xarakterindən asılı olaraq xidmətə təkrar zəng edənlər də olub.

Əvvəlki illərdən fərqli olaraq, bu ilin mart ayında zənglərin sayında nəinki azalma, əksinə artım müşahidə edilib.

Fəaliyyət göstərdiyi 10 ilə yaxın müddətdə Uşaq Qaynar Xətti həm uşaq və yeniyetmələr, həm də

ümumilikdəictimaiyyət arasında kifayət qədər etibar qazanıb. Xidmətin əməkdaşlarının vasitəçiliyi ilə bu rüb ərzində daxil olan müraciətlər əsasında 76 ailə ilə görüş təşkil edilib, 44 aidiyyatı ünvana məktub göndərilib. Bundan əlavə, xidmətin əməkdaşları mütəmadi olaraq ölkə mediasında çıxış edərək uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə fəaliyyətində aktiv iştirak ediblər.

Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin əsas məqsədi problemlə üzləşmiş hər bir uşağa sosial xidmət göstərmək, psixoloji və hüquqi yardım etmək, emosional dəstəklə yanaşı, onlara üzləşdikləri çətinliklərin həllinə dair məsləhətlər verməkdir.

Bundan əlavə, ehtiyac yarandığı halda Uşaq Qaynar Xətt xidməti müraciətlərin digər müvafiq xidmətlərə yönləndirilməsini də təmin edir.

Qeyd edək ki, “Azercell Telekom” MMC-nin dəstəyi, "Ümidli Gələcək İctimai Birliyi"nin təşkilatçılığı ilə 7/24 rejimi ilə fəaliyyət göstərən Uşaq Qaynar Xətt xidmətinə həm şəhərdaxili, həm də “Azercell” nömrələrindən edilən zənglər ödənişsizdir. Uşaq Qaynar Xətt xidmətinə daxil olan bütün məlumat məxfi saxlanılır. Hazırda xidmətə məxsus 116111 qısa nömrəsi mobil nömrəyə yönləndirilib və müraciətlər 7/24 mütəmadi olaraq operatorlar tərəfindən cavablandırılır. Həmçinin, uşaqlara (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında qaynar xətt xidmətinə müraciət etmək imkanı yaradılıb.

Karantin rejimi ilə əlaqədar qarşıdakı dövrdə müraciət edənlərə çevik yardım göstərilməsini təmin etmək məqsədilə xidmətin vsosial media kanalları üzərindən də təbliği və tanıdılması nəzərdə tutulub.

Qeyd edək ki, Uşaq Qaynar Xətt xidməti haqqında ətraflı məlumatı www.usaqxetti.az internet

səhifəsindən əldə etmək mümkündür.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 477 14.04.20 19:48