Mojo.az Banner
15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirus vaksininin ixtiraçısına 1 milyon ABŞ dolları veriləcək

13.04.2020 14:28 1 381
Koronavirus vaksininin ixtiraçısına 1 milyon ABŞ dolları veriləcək
Ukrayna prezidenti Vladimir Zelenski koronavirus vaksinini ixtira edənə külli müdarda pul mükafatı vəd edib.

“Report” "Sol sahil" nəşrinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, dövət başçısı COVID-19 infeksiyasını ixtira edənə 1 milyon ABŞ dolları verəcək.

"Sizə sirr açacam. Prezident məndən bizim akademiklərimizə məktublar yazmağı xahiş etdi. Dövlət başçısı söz verdi ki, əgər kimsə (COVID-19 -red) vaksini və ya dərmanı ixtira etsə, o, azı 1 milyon ABŞ dolları mükafat alacaq. Ancaq bilmirəm hansı fonddan", - Lyaşko "Sol sahil" nəşrinə bildirib.

O həmçinin qeyd edib ki, ölkədə epidemiologiya ilə bağlı vəziyyət optimist ssenari üzrə inkişaf edir, proqnozlara görə, pandemiya müddətində əhalinin 2%-dən azı virusa yoluxa bilər.

Ukraynanın Səhiyyə Nazirliyinin 12 aprelə olan məlumatına görə, ölkədə COVID-19-a 2 777 yoluxma qeydə alınıb, 83 nəfər ölüb, 89 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyondan çox yoluxma qeydə alınıb, 105 mindən artıq insan pandemiyanın qurbanı olub.скачать dle 11.3
Mojo.az Banner