Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 BQXK Azərbaycanda fəaliyyətini dayandırır  |     22:53 Tramp Kim Çen Inla görüşməyə razılıq verib  |     22:45 Bu ərazidə yaşayanlara metro ilə bağlı sevindirici xəbər: Tarix bəlli oldu  |     22:39 Horadiz-Ağbənd dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinin 67 faizi yekunlaşıb  |     22:30 10 manatlıq şirkətin vergi borcu yarandı  |     22:25 Ərdoğan: Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək  |     22:19 Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb  |     22:12 İsrailin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 10-a çatıb  |     22:03 “Bir həftəyə 7 mindən çox əsgər ölüb” - Tramp  |     21:58 Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi  |     21:52 İtinə görə 800 manat cərimə olundu  |     21:46 Qırışlara qarşı yeni gözəllik trendi: Təhlükəsizdirmi?  |     21:39 Bu da “Qarabağ”ın yeni hücumçu transferi  |     21:32 Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub  |     21:24 Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti aşlarlandı  |     21:18 Vitse-kansler: Ukraynaya hər il 9 milyard avro ayıracağıq  |     21:11 Pezeşkian: "3+3" formatında danışıqlar regionda problemlərin həllində effektiv mexanizm olacaq  |     21:06 Bəxtiyar Ersay vəzifəsindən azad edildi  |     20:57 Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:50 Polşada təyyarə qəzaya uğrayıb, ölənlər var  |    

Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib

Nazirlər Kabineti yanında Operativ Qərargah Rusiyadan qayıtmaq istəyən Azərbaycan vətəndaşlarına müraciət edib.

Operativ Qərargahdan APA-ya daxil olan məlumatda bildirilir ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilib və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.

“Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədi ilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq”.

Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək: “Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 124 10.04.20 21:48