Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman – Kredit məbləği və müddət artırıldı

08.04.2020 18:06 1 819
İlham Əliyevdən sahibkarlıq subyektləri üçün mühüm fərman – Kredit məbləği və müddət artırıldı
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin məbləği artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanına dəyişiklik edib.

Ölkə başçısının imzaladığı fərmanda həmçinin, aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər də öz əksini tapıb.

Sənədin 5.1.1-ci yarımbəndində bildirilir ki, Agentliyin vəsaiti hesabına sahibkarlıq subyektlərinə 5000 manatadək mikrokreditlər verilə bilər.

Dövlət başçısının yeni fərmanı ilə bu rəqəm 15000 manatadək qaldırılıb.

Kiçikhəcmli kreditlərin də məbləği artırılıb. Sənədin əvvəlki variantında yazılırdı ki, 5001 manatdan 30000 manatadək kiçikhəcmli kreditlər verilə bilər. Yeni fərmanla isə 5001 rəqəmi 15001 rəqəmi ilə əvəzlənib.

Bununla yanaşı, sahibkarlar üçün güzəştli kreditlərin müddəti üç ilədək müəyyən olunub. Əvvəlki sənəddə bu müddət iki ilədək nəzərdə tutulurdu.скачать dle 11.3

Son xəbərlər