Mojo.az Banner
19:10 Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək  |     19:02 Ədliyyə və DİN-dən birgə əməliyyat - Məhkumun gizlətdiyi silah üzə çıxdı  |     18:57 FIFA-ya qadın rəhbərlik edə bilər  |     18:49 Onlayn narkotik satanlar həbs edildilər - Video  |     18:44 Sabah 39 dərəcə isti olacaq  |     18:35 Çempionlar Liqası: "Fənərbağça" Avstriya klubuna qarşı  |     18:30 Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar – SİYAHI  |     18:22 2 ailənin 112 üzvü illər sonra dəfn olundu - Qəzzada dəhşət  |     18:17 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     18:09 "Binanın bütün zibili, səs-küyü həyətdədir" - “Baku Rifah MTK”dan şikayət (Video)  |     18:01 Trampın qolf klubunda silahlı şəxs saxlanıldı  |     17:48 Kondisioner istifadə edənlər diqqətli olsun - Bu xəstəlikləri yarada bilər  |     17:18 Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:13 Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?  |     17:11 Bulvar İdarəsinin keçmiş sədrinin məhkəməsində ŞOK İDDİA: 60 nəfərlik gəmiyə 430 sərnişin mindirilib  |     17:10 Xəstəxanalarda tibbi tullantılarla bağlı NARAHATLIQ - Şikayət - VİDEO  |     17:07 Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?  |     17:01 Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdi  |     16:59 Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı  |     16:55 Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO  |    
Left Banner
Right Banner

Bölgələrdə karantin rejimini pozanlar cərimələndi - VİDEO

04.04.2020 15:08 1 977
Bölgələrdə karantin rejimini pozanlar cərimələndi - VİDEO
Ölkənin Şimal bölgəsində koronavirus ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət edilməsi və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir. Buna baxmayaraq, bəzi vətəndaşların xüsusi karantin rejimini pozması hallarına da rast gəlinir.

İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargah bu istiqamətdə tədbirləri gücləndirib. Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən mütəmadi olaraq təhsil, səhiyyə və mədəniyyət müəssisələri, o cümlədən, parklar, avtobus dayanacaqları və səkilər, yaşayış binalarının həyət və girişləri tam dezinfeksiya olunur.

Bunlarla yanaşı, polis əməkdaşları səs güclədiriciləri vasitəsilə əhalini evdə qalmağa çağırır.

Aparılan əməliyyatlar nəticəsində Xızıda iki obyekt sahibi olmaqla, ümumilikdə 15 nəfərin karantin qaydalarını pozması halına rast gəlinib ki, onlar barəsində də qanuna müvafiq qaydada tədbirlər görülüb.

Koronavirusla mübarizə tədbirləri Goranboy rayonunda da davam etdirilir. Burada da xüsusi karantin rejimini pozan üç obyekt və 38 vətəndaş cərimələnib.

Rayonun giriş və çıxışlarında yerləşən müvəqqəti postlarda da nəzarət gücləndirilib. Eyni zamanda, yaşayış məntəqələrində xüsusi karantin rejiminin tələblərinə riayət etməyən ticarət obyektləri və vətəndaşlara qarşı ciddi hüquqi tədbirlər görülür.


скачать dle 11.3
Mojo.az Banner