Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı |
Mojo.az Avto
Mojo.az Avto

BNA rəsmisi: Bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadədir

03.04.2020 22:38 2 103
BNA rəsmisi: Bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadədir
“Gün ərzində fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə 500 nəfərə yaxın müraciət olub”.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, Agentliyin Fərqlənmə nişanlarının rəsmiləşdirilməsi xidmətinə müraciət edənlərin sayı kəskin şəkildə artıb: “Adi günlərdə 50-dən artıq müraciətin daxil olduğu halda 03.04.2020 tarixində 500 nəfərə yaxın sürücü fərqlənmə nişanı alınmasına dair müraciət edib. Müraciət edənlərin böyük əksəriyyəti uzun müddət fərqlənmə nişanı olmadan qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülər olub. Müraciət edənlərin bir qismi vergi ödəyicisi kimi qeydiyyatda olsa da, onların idarə etdiyi avtomobil taksi kimi qeydiyyatda olmayıb”.

M.Ağayev müraciət edənlər arasında 65 yaşdan yuxarı sürücülərin olduğunu da qeyd edib: “Müraciət edənlər arasında yaşı 65-dən yuxarı sürücülərin olduğu da müəyyən olunub. Eyni zamanda, bəzi nəqliyyat vasitələrinin Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarxili qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri üçün irəli sürülən standartlara və normativlərə uyğun olmadığı da müəyyən edilib. Qeyd edilənləri nəzərə alaraq, həmin sürücülərin avtomobillərinə fərqlənmə nişanı verilməyib. Nəqliyyat vasitəsi taksi kimi qeydiyyatda olan, davamlı olaraq fərqlənmə nişanı alan sürücülərə və taksi şirkətlərinə fərqlənmə nişanının verilməsi təmin edilib”.

“Həmçinin bildirim ki, bir gün ərzində xeyli sayda sürücünün fərqlənmə nişanı əldə etmək istəməsi sui-istifadə halı ilə bağlıdır. Belə ki, həmin sürücülərin əsl məqsədi xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri tətbiq olunan zaman taksi xidməti adı altında sərbəst hərəkət imkanı əldə etməkdir”, - deyə M.Ağayev əlavə edib.

Son xəbərlər