16:34 Altı ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama  |     16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     12:04 İlham Əliyev Yaqub Eyyubovu təltif etdi  |     12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |    

“Azərenerji”: Vətəndaşlara "evdə qal" deyiriksə, elektrik enerjisi ilə təmin etməliyik

“Elektrik enerjisinin təchizatı bütün ölkəmizi əhatə edir. Xəstəxanalardan, banklardan tutmuş digər sahələrə qədər. Çünki həyat əhəmiyyətlidir. Biz əgər vətəndaşlara "evdə qal" deyiriksə, onların elektrik enerjisi təmin olunmalıdır. Təbii ki, biz də bunu təmin edirik. Fasiləsizlik və keyfiyyətlilik bizim əsas iş prinsipimizidir”.

“Report” xəbər verir ki, bu fikirləri “Azərenerji” ASC İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

Onun sözlərinə görə, elektrik enerjisi sahəsində - elektrik enerjisinin istehsalı, ötürülməsi və idarəetməsi sahəsində çalışan insanlar hamısı mütəxəssislərdir: “Sistem operatorlarına gəldikdə isə deyə bilərəm ki, elektrik enerjisi istehsal olunur, ötürülür və bunun bir idarəetməsi var. Sistem operatorlarının enerjinin baş idarəetmə mərkəzində, dispetçer idarəetmə mərkəzində, yəni bunların idarə olunması çox spesifik bir sahədir. Ona görə də bu mütəxəssislərin fəaliyyəti və səhhətlərinin qorunması çox önəmlidir”.

T.Abdullayev bildirib ki, “Azərenerji”də yenidənqurma və bərpa işləri əvvəlki qaydada davam etdirilir: “Yarımstansiya təmir olunursa, biz bunun fəaliyyətini tam dayandırıb təmir etmirik. Bu təmir hissə-hissə baş verir. Həmçinin elektrik stansiyalarında. Koronavirus infeksiyası var deyə, biz bunu dayandıra bilmərik. Çünki tələbat var. Tələbat qalxır, düşür, ona görə də bütün bunlar nəzərə alınmalıdır. Üzü yaya getdiyi üçün, yayda da təlabatın artması gözlənilir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 318 03.04.20 20:28