Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək

03.04.2020 18:40 1 478
Koronavirusla mübarizə məqsədilə virtual hakaton keçiriləcək
Aprelin 9-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC təşkilatçılığı ilə virtual hakaton işə başlayacaq. "Report"un məlumatına görə, dörd gün davam edəcək forumda məqsəd koronavirus pandemiyası ilə mübarizədə texnoloji həlləri bir araya gətirməkdən ibarətdir.

Azərbaycan Turizm Bürosu və PAŞA Bank COVID-19 koronavirus pandemiyası ilə mübarizəyə yönəldilən virtual hakatona qoşulan və dəstək verən ilk əsas tərəfdaşlardandır. Dünyada koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarını axtarmasına, həmçinin texnoloji həlləri yaratmasına keçidi tezləşdirir.

Turizm sənayesi iqtisadiyyatın koronakrizisdən ən çox ziyan çəkmiş sahələrindən biridir və hazırda həm yerli, həm də dünya turizm sənayesində yeni innovativ, o cümlədən, rəgəmsal həllərin meydana gəlməsi olduqca vacibdir. Ümümiyyətlə, koronovirusun təsirini maksimum dərəcədə azaldmaq üçün rəgəmsal keçidin sürətini artırmaq, ölkədə rəgəmsal və distant tətbiqlərin inkişaf etdirilməsi olduqca zəruridir.

Hakatonda iştirak etmək istəyənlər www.hackcov19.com saytında qeydiyatdan keçməli və öz komandası, ideyası və həmin ideyanın yuxarıda sadalanan çətinlikləri necə aradan qaldıracağı haqda məlumatı təqdim etməlidir. İdeyalarını təkmilləşdirmək üçün sizin bir həftə vaxt var. Mentorlarla işləməklə, həmin həll yolları milli və beynəlxalq mütəxəssislərdən ibarət münsiflər heyətinə onlayn formada təqdim ediləcək. Qiymətləndirmədə üstünlük ən tez həyata keçirilə biləcək ideyalara veriləcək. Hakatonun mükafat fondu – 10 000 ABŞ dollarıdır.скачать dle 11.3
Mojo.az Banner