16:20 Estoniyanın xarici işlər naziri Bakıda şəhidlərin xatirəsini anıb  |     16:15 Azərbaycanda bir vəkilin fəaliyyəti dayandırılıb  |     15:53 Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır  |     15:42 Sabunçu rayonunda itkin düşmüş şəxs qətlə yetirilib -DİN-dən açıqlama  |     15:17 Estoniya Azərbaycanda səfirlik açacaq  |     15:12 Suraxanıda yaşayış binasında yanğın: ölən var  |     15:07 Azərbaycan Konstitusiyasının 30 illiyi ilə əlaqədar yubiley medalı təsis edildi  |     14:55 Ramiz Mehdiyevin gəlini iddialarla bağlı DANIŞDI  |     13:22 Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları keçib  |     13:19 Son 20 ildə müdafiə sahəsinə ayrılan məbləğ açıqlandı  |     13:10 Luvr muzeyi qarət olunduqdan üç gün sonra yenidən açıldı  |     13:06 Bakıda 10 yeni metro stansiyası tikiləcək  |     13:05 Erməni vitse-spiker: "Azərbaycanın qərarı nəqliyyat marşrutlarının şaxələndirildiyinə dəlalət edir"  |     12:24 Dörd Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə ekstradisiya edildi  |     12:23 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     12:04 İlham Əliyev Yaqub Eyyubovu təltif etdi  |     12:02 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA açıqlandı  |     12:00 Sumqayıtın bəzi hissələrində qaz kəsiləcək  |     11:59 Ölkəyə İrandan külli miqdarda narkotik gətirən TIR sürücüsü saxlanıldı - Video  |     11:58 Baş prokuror Kamran Əliyev Braziliyaya gedib  |    

Səbəbsiz yerə evdən çıxan sürücü və sərnişinlər 100 manat cərimələnib

Ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilməkdədir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşlardan bu infeksiyadan həm özlərini, həm də yaxınlarını qorumaq üçün mütləq qaydada xüsusi karantin qaydalarına əməl etmək tələb olunur.

Bu məqsədlə Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən stasionar postlarda Bakıya giriş-çıxışa nəzarət daha da gücləndirilib.

Bu postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış məkanlarını tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər. Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər saxlanılaraq məhkəmələrin qərarı ilə həbs olunurlar.

Həmçinin Bakıya girişə nəzarətin gücləndirilməsi məqsədi ilə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsi tərəfindən Novxanı qəsəbəsində əlavə polis postu yaradılıb. Bu postda Sumqayıt şəhərindən paytaxta və əksinə hərəkət edən vətəndaşlara məhdudiyyətlər qoyulur. Mövcud vəziyyət nəzərə alınaraq vətəndaşlar arasında səhhətində nasazlıq hiss edənlər üçün postun ərazisində ehtiyat tədbirlər çərçivəsində xüsusi otaqlar da qurulub. Həmçinin postda xidmət aparan polis və daxili qoşunların hərbi qulluqçularının normal qidalanması və istirahət etməsi üçün də yerlər müəyyən edilib.

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasına qarşı görülən qabaqlayıcı tədbirlər daha da sərtləşdirilib. Qoyulan qaydalara əməl etməyən vətəndaşlara qarşı ciddi cəza tədbirləri həyata keçirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 072 03.04.20 17:58