Mojo.az Banner
23:03 Əl jestləri beynin qrammatikanı necə emal etdiyinə təsir edir  |     22:58 "Renta Car"dan avtomobil icarəyə götürüb "Blue City"dən kabel oğurladılar  |     22:51 Bakıda 4 milyon manat vergi borcu olan şirkətə 16 min dollarlıq cərimə  |     22:46 Sumqayıtda azyaşlını avtobus vuraraq öldürdü  |     22:37 Narkotikə görə saxlanılan məşhurlardan xəbər var  |     22:32 Nobel mükafatının məbləği artırıldı  |     22:24 “Neftçi” 1000-ci oyununda qələbə qazandı  |     22:16 Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edildi  |     22:15 Azərbaycanı təmsil edən oğlunun 16-cı olmasına Plyuşenkodan reaksiya  |     22:10 Azərbaycanın Əməkdar artisti vəfat etdi  |     22:05 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb  |     21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi

01.04.2020 19:26 1 653
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
“Son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsi gündəmdən düşmür. Bəzi vətəndaşlar tərəfindən tibbi əlcəklərdən düzgün istifadə edilməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılmış “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub”.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əlcəklərin istifadəsi ilə bağlı yaydığı məlumatda qeyd edilib.

“Bunu nəzərə alaraq, əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütəmadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Həmçinin, nəzərinizə çatdırırıq ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır.

Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır”, - deyə mərkəzdən qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner