19:16 Qazaxıstanda baş verən qəzada 12 nəfər ölüb  |     19:11 Bakıda avtomobildə partlayış olub, xəsarət alan var  |     19:03 ABŞ Senatı hökumətin maliyyələşməsi haqqında qanun layihəsini yenə qəbul etməyib  |     18:57 İran-Azərbaycan sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin yaxşılaşdırılması müzakirə edilib  |     18:51 Ukrayna və Rusiya hərbçilərin meyitlərini mübadilə edib  |     18:43 İsrail "Hizbullah"ın obyektlərinə zərbə endirib  |     18:38 Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər  |     18:29 Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı qadın işçisini DÖYÜB - İDDİA (Video)  |     18:15 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:07 Nikahdan əvvəl tibbi müayinədən keçənlərin neçəsində talessemiya və QİÇS aşkarlanıb?  |     17:52 Azərbaycanda müəllimlərin maaşı artacaq  |     17:27 ️"ƏDV geri al" sistemi gözəllik salonları, bərbərxanalar və kosmetoloji mərkəzlərə də şamil olunacaq  |     17:22 Evlərini kirayə verənlər gələn ildən 10 faiz vergi ödəyəcəklər  |     17:20 Rüsumsuz ticarət mağazalarının yaradılması qaydası dəyişib  |     17:06 Bakıda daha dörd ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb  |     17:05 Azərbaycanda media subyektlərinə vergi güzəştinin müddəti daha üç il uzadılır  |     17:04 Gələn il Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq  |     17:00 Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: "Ruletka" oynayıb kamera yoldaşımı qətlə yetirdilər"  |     16:50 Gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 45 milyon manat ayrılması gözlənilir  |     16:37 Sumqayıtda avtobuslarda gediş haqqı ARTIRILACAQ - Tarix açıqlandı  |    

Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ + VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan verilən məlumatda bildirilir ki, qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələlik pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir.

Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq insan vəfat edib.

Azərbaycan Respublikasında son bir gündə 64 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən üç nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, ölkəmizdə 273 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, dörd nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarımızda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Bütün bunları nəzərə alaraq və infeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, xüsusi karantin rejiminə ciddi əməl etmək tələb olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 795 30.03.20 19:38