Mojo.az Banner
12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Miqrasiya Xidməti: 30 aprel tarixinədək bütün əcnəbilərin müraciətləri qəbul edilmiş hesab olunur

24.03.2020 19:43 3 715
Miqrasiya Xidməti: 30 aprel tarixinədək bütün əcnəbilərin müraciətləri qəbul edilmiş hesab olunur
Bu gündən 30 aprel tarixinədək ölkəmizdə olma müddəti bitən (həmçinin mütəmadi giriş-çıxış edən) bütün əcnəbilərin müraciətləri Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir.

Bu barədə Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə qəbul şöbələrinə yaxınlaşmaqla müraciət etməyə, əlavə narahatlıq keçirməyə ehtiyac yoxdur:

“Bu şəxslər yalnız elektron qaydada və ya ödəniş terminalı vasitəsilə dövlət rüsumunu ödəməklə müvafiq icazə qərarlarını əldə edə bilərlər. Üç gün ərzində həmin şəxslər üçün ödəniş kodları Xidmətin internet səhifəsində yerləşdiriləcək. İcazə qərarlarının götürülməsi üçün hazırda qəbul şöbələrinə yaxınlaşma zərurəti yoxdur və bunu tövsiyə etmirik”.

Qeyd edək ki, ətraflı məlumat Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilib, əlavə olaraq şərh bölməsində paylaşımlar edilir.скачать dle 11.3
Mojo.az Banner