Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Yol Polisindən Bakıya təcili tibbi yardım maşınında sərnişin daşınması ilə bağlı RƏSMİ AÇIQLAMA

23.03.2020 14:24 2 324
Yol Polisindən Bakıya təcili tibbi yardım maşınında sərnişin daşınması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bu, birbaşa sürücünün səhlənkarlığı və məsuliyyətsizliyidir. Həmin şəxs barədə, yəqin ki, Səhiyyə Nazirliyi tərəfindən zəruri addım atılacaq”.

Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkələrdə təcili tibbi yardım maşınında sərnişin daşınmasına dair yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:

“Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.

Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.скачать dle 11.3
Mojo.az Banner