Mojo.az Banner
13:11 Səngəçalda qonşusunu boğaraq öldürməkdə təqsirləndirilənlərin işi üzrə şahidlər dindiriliblər  |     13:06 Bakıda hoteldə səs-küy salan qadın həbs edildi  |     12:56 “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video  |     12:55 Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə  |     12:46 Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb  |     12:43 Deputat: İctimai nəqliyyatda musiqi səsləndirilməsi sərnişinlərin rahatlığını pozmamalıdır  |     12:36 Prezidentin köməkçisi: "Azərbaycan və Ermənistan yeni sülh dövrünə qədəm qoyub"  |     12:27 Qazaxıstan "Avroviziya" mahnı müsabiqəsində iştirak edə bilməyəcək - SƏBƏB  |     12:26 Dövlət bağçalarında yerlərin sayı 112 minə çatdırılıb  |     12:21 Bu ərazilərdə sentyabr pensiyaları ödənildi  |     12:18 ABŞ prezidentindən İranla bağlı etiraf  |     12:08 UEFA əmsallar cədvəli: "Sabah"ın məğlubiyyəti reytinqə necə təsir etdi?  |     12:06 Sumqayıtda tikintidə faciə: Hündürlükdən yıxılan fəhlə öldü  |     11:58 Sürücülərin nəzərinə: Bir yolda hərəkət məhdudlaşdırıla bilər  |     11:46 Külli miqdarda borcu olan şirkəti məhkəmə 70 min dollar cərimələdi  |     11:34 Ağdaşda 60 yaşlı kişini elektrik cərəyanı vurub öldürdü  |     11:32 "Koroğlu"da hərəkətin təşkilində dəyişiklik edildi - Yeni qayda  |     11:18 Azərbaycanda qastronomiya üzrə ali təhsil problemi: “Bu sahədə institut yoxdur” — Ağa Salamov  |     11:14 Ağdərədə mina partlayıb  |     23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Banklar Assosiasiyasından koronavirus açıqlaması

18.03.2020 18:48 983
Azərbaycan Banklar Assosiasiyasından koronavirus açıqlaması
“Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir”.

Bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, bu səbədən xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin ciddi şəkildə yuyulması və ümumiyyətlə zərurət olmadıqda bankomatdan istifadənin minimuma endirilməsi tövsiyə edilir.

“Həmçinin ÜST-nin araşdırmalarına əsasən bu kimi virusların kağız əskinaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq, ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur.

Qeyd edək ki, POS-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatın aparılması mümkündür. Yəni ödəniş kartını ticarət obyektlərinin kassirinə təqdim etmədən yalnız POS-terminala yaxınlaşdırmaqla ödəniş aparmaq olar.

Hazırda ölkədə fəaliyyət göstərən 25 mindən çox təsərrüfat subyektində təmassız ödənişlər qəbul edən POS-terminal quraşdırılmışdır.

ABA olaraq nağd puldan istifadəni minimallaşdırmaq üçün kütləvi xarakter daşıyan xidmətlər, xüsusilə də kredit, kommunal, mobil telefon və digər ödənişlərin internet üzərindən və ya bankların təqdim etdiyi mobil və internet bankçılıq xidmətləri vasitəsilə nağdsız formada həyata keçirilməsinə üstünlük verilməsi də tövsiyyə edilir”, - deyə qurum bəyan edib.скачать dle 11.3
Mojo.az Banner